adalet.az header logo
  • Bakı 18°C
04 Yanvar 2018 17:23
19869
MARAQLI
A- A+

Çexiyada qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi

Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib.

Adalet.az-ın məlumatına görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.

Nəticədə ailə üzvləri ürək bulanması və baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Ailədə yalnız bir nəfər – marixuanadan tibbi məqsədlərlə istifadə edən şəxs – zəhərlənməyib.

Polis narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanması ilə bağlı cinayət işi başlayıb.(trend)