adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Yanvar 2018 16:52
15826
İDMAN
A- A+

“Qarabağ”dan kimlər gedir, kimlər gəlir... - AÇIQLAMA

UEFA Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etmiş "Qarabağ” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə çalışır. Bu günlərdə Ruminiya milli komandasının sol cinah oyunçusu Steliano Filipin komandaya gətiriləcəyi ilə bağlı iddialar səslənirdi. " Qarabağ” klubunun Ruminiyalı futbolçusu üçün 400 min avro təklif etdiyi bildirilirdi.

" Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Modern.az-a bildirib ki, Steliano Filipin transferi artıq aktual deyil:

"Biz transfer pəncərəsi dövründə kluba yeni futbolçu cəlb etmək üçün çalışmalarımızı davam etdiririk. Amma Steliano Filipin transferi aktual deyil. Onunla hal-hazırda hər hansı danışıqlar aparılmır”.


Nurlan İbrahimovun sözlərinə görə " Qarabağ” klubu müdafiə,yarımmüdafiə və hücum xəttinə yeni oyunçuları cəlb etməyə çalışır:

"Komandamızın baş məşqçisi Qurban Qurbanov sonuncu oyundan sonra məlumata açıqlamışdı ki, biz bütün mövqelərə oyunçu axtarışındayıq. Əgər komandamıza uyğun futbolçu olacaqsa, onu transfer etməyə çalışacayıq”.


Nurlan İbrahimov bəzi futbolçuların klubdan gedəcəyi ilə bağlı iddialara cavab olaraq bildirib ki, bunlar həqiqətui əks etdirmir: " Hələ ki klubdan heç kim getmir, belə bir məsələ gündəmdə deyil. Dino Ndlovuya başqa klublardan təkliflər var idi, amma heç bir nəticə əldə olunmadı. Həm o, həm Pedro Enrike komandanın düşərgəsindədilər”.