Cənnətdən qovulanlar...

EMİNQUEY AKİF
50594 | 2018-01-04 13:28

Hə, hərdən çətin də olsa bütün buproblemləri qırağa qoyub Adəm və Həvva haqqında dərin xəyallaradalıram. Doğurdan da Adəmin Həvvanın güdazına gedib almadan yeməyi, cənnətdənqovulmağı realdır. Guya indiki zamanda azdır bu cür cənnətdən qovulanlar?Qadının almalarına uyub öz ailəsini dağıdan Adəmlər o qədərdir ki... O gün birkişi ağlaya-ağlaya "arvadım başımı xarab eləyib, özünü başqa qadınlarlamüqayisə edir, məni də başqa kişilərlə". Deyir, sən necə kişisən ki, mənəqır-qızıl, şuba ala bilmirsən? Kişi boyunu yerə soxum. Dayıya içdən susdum, həqiqətəndə bu adamlar elə ta ilk insan düşüncəsində qalıblar.

Elə bu yaxınlarda bumövzuya yaxın bir mövzu ilə əlaqədar televiziyada verilişlərin birinə dəvətolundum. Mövzu "Şəxsi həyata müdaxilə” idi. Verilişin iki daimi ağsaqqal qonağıvar. Və digər qonaqların verilişdən-verilişə dəyişir. Üç şair dəvət olunmuşuq,cavanıq. Əvvəlcə dostum Oğuz Ayvazla söhbətləşəndə dedim ki, arada danışaram,çox da özümə əl qatmayacam. Şair qonaqlardan biri dizi cırıq şalvar geyinmişdi.Ağsaqqalardan biri onun geyiminə ilişdi. "Bax, bu cırıq şalvar nədir axı,Avropa deyil bura”. Söhbət elə bu yerdən qızışmağa başladı. Aləm dəydibir-birinə. Bayaq arabir danışmağı deyən mən bir də gördüm ki, ağsaqqallarınbiriylə əməlli-başlı qışqır-bağırlı söz savaşındayam. Qışqırmaqdan az qala səsimbata. Təsəvvür edin, iki kişi üstünə düşür, o bir yandan, bu bir yandan sənisıxışdırır, tamaşaçı da onların populist fikirlərinə əl çalır. Elə bil ki, çoxgülməli lətifə danışırsan, sənə gülmürlər, amma bunu Cem Yıılmaz danışır,uğunub gedirlər. Zala boylanıb səsləndim ki, biz gəncik deyə alqışlamırsınız,yoxsa biz sizin fikirlərinizi demirik? Ağsaqqal qonaq dilləndi, özü dəjurnalistdir ha. "Sən də girişdə onların hərəsinə iki manat versəydin səni dəalqışlayardılar”. Heyrətdən bilmədim gülüm, bilmədim eləcə donub qalım. Bizi gəncolduğumuza görə sıxışdırırdılar, sözümüzü kəsirdilər, bizim onlardan üstünfikirləşməyimiz ağsaqqalları narahat edirdi.

 

Bir xeyli mübahisədən sonrabelə bir fikir dedim. "Fikir verin, avtobusda, küçədə, metroda rast gəldiyimizadamların hamısının üzündə aqressiya var, hirs var. Bunun hamısı ondan irəli gəlirki, o adamlar xoşbəxt ola bilmirlər, mental düşüncələrin əsarətindədirlər,sosial durumları yaxşı deyil, işsizdirlər”.

Hə, həmin adamlar bu aqressiyanı tökməyə münbit yerkimi məşhur adamların şəxsi həyatı ilə bağlı paylaşımlarda onları söyməklətökürlər. Məsələn, əgər bu adam işlədiyi yerlərin tələbilə hər gün üz qrıxmağaməhkumdursa, o, saqqallı adamları qəbul etməyəcək, saqqallı adamlara daim hirslə,qəzəblə baxacaq. Məsələn, əgər adam qadınlarla düzgün münasibət qura bilmirsə, ətrafındaçoxlu xanım dolanan kişilərə aqressiya nümayiş etdirəcək. Yəni məndə olmayanşey heç kimdə olmamalıdır. Çox qəribədir ki, bunun əksini istəyənlər də həminadamlardır.

Niyə adamlarda özünübaşqalarıyla müqayisə etmək və eyniləşdirmək həvəsi bu qədər güclüdür? Filankəsinəri, Əhmədin arvadı, xalxın uşağı. Niyə kimin nə qədər maaş almağı onlara bu qədərmaraqlıdır? Qalxıb yeni bir fikir söyləsən adamı daşqalaq edərlər. Hər kəsin eyni şeyi düşünürsə deməli, o mühitdə heç kim heç bir şeydüşünmür. Ailə dövlətdirsə,hər dövlətin də öz qayda-qanunu olmalıdır da. Niyəbaşqalarının konstitusiyasına can atırsınız? Ayağınızı paltonuza görə uzadın,şubaya imkan çatmırsa..

Bir gün qonşuları mollaya bir qonaqlıq verdirməkistəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradansöhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:


- Molla, bir şərtimiz var, əgər yerinə yetirdin,biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizəqonaqlıq verməlisən.

Molla soruşur:

- Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyəniş olmaz.

Deyirlər:

- Bu gecə səhərə qədər şəhər meydançasındadayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinəyetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinəyetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıqverməlisən.

Molla meydançada səhərə kimi dayanmalı olur. Səhərtezdən molladan soruşurlar:

- Gecəni necə keçirdin?

Molla deyir:

- Həryer qardı, külək əsib qarı adamın uz-gözünə çırpırdı. Bərk qaranlıq idi. Şəhərinlap kənarından bir işıq gəlirdi...

Biri mollanın sözünü kəsib deyir:

- Buolmadı. Şərti yerinə yetirə bilməmisən. Sən kənardan gələn işıqdan qızınmısan.

Busözü başqaları da təsdiq edirlər. Molla nə qədər eləyir, onun düz sözünu qəbuletmirlər. Molla qonaqlıq verməli olur. Sabah axşam yığışıb mollanın evinə gəlirlər.Gecə saat ikiyə qədər gözləyirlər, yemək gəlib çıxmır. Hәr dəfə mollaya: - Yeməknecə oldu? - deyəndә molla cavab verir:

- Busaat olacaq, darıxmayın.

Gecəsaat üç olur, yenə yemək gəlmir. Axırda dilxor olurlar:

-Molla, az qala səhər açılsın.

Molladeyir:

-Oturun, bu saat xörək gətirim.

Mollagedir, ha gözləyirlər, molla gəlib çıxmır. Qonaqlar hər yeri axtarırlar, mollanıtapmırlar. Axırda mollanı bağçanın içində tapırlar. Görürlər ki, molla hündurçinar ağacının başında bir qazan asıb, çinarın dibində də bir şam yandırıb gözləyir.

Onlardeyirlər:

-Molla, bu nə işdi?

Molladeyir:

- Xörəkbişirirəm, görmürsünüz?

Deyirlər:

-Çinarın başında qazan asmısan, dibində də şam yandırmısan, şam da qazanıqaynadarmı?

Mollagülüb deyir:

- Nətez yadınızdan çıxartdınız? Bəs gecə qar-boranda üç ağaclıq yoldan işıqlaqızınmaq olar, çinarın başındakı qazan dibindəki şamdan isinməz?

Müasir dillə qadını izah eləsəm,bunu yaza bilərəm. Qadın kompüter kimidir, gərəkarada format edəsən. Əgər kişini izah eləsəm, kişi "wifi kimidir, evdən qıraqdatutmur. Həyatın bütün xoşbəxt anları şokolad kimi, pis anları isə çay kimidir.Yəni, həmişə belə olur, şokoladı yeyib qurtarırsan, amma çay qurtarmır. İndi sizə də gələn yazıya kimi şokoladınızı bol,çayınızın isə qədərində olmasını arzu edirəm. Heç kimheç kimi söyməsin. Hamınız bu soyuqqışda bir-birinizlə qucaqlaşın, isinin, mehriban olun. Nə kənardan gələn işığa, nə də şama ehtiyacyoxdur.

 

TƏQVİM / ARXİV