ANA SƏHİFƏ / YAZARLAR

Adamlar və ədəbiyyat

15691    |   2018-01-07 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci il. İlə kövrək başlayıram. Yeni ildən insanları, həyatı, ömrümüzdən keçən saatları daha aydın, daha dərin duyuram. Geridə qalan illərdə həyatımda adamlar azalmağa başladı, ədəbiyyata sığındıqca dostlarımdan uzaq düşdüm. Adamlar maraqsızlaşdı gözlərimdə...

Ədəbiyyat hər dəfə köməyimə çatdı, ən monoton günlərimdə, ən darıxdırıcı saatlarda bədii əsərlər, filmlər, esselər evimizin qapısından içəri dürtüldü. Ən yaxın dostlarım oldular. Bəzən insan başqa adamların həyatını yaşamaq istəyir. Çünki insan istənilən situasiyadan, tutduğu yerdən, yaşadığı şəhərdən narazı qalır və belə olan halda köməyə sənət çatır. Sənət bizə hər dəfə yaşamaq eşqi aşılayır. Bunu adamlar anlaya bilmir. Rus ədəbi tənqidçi Belinski deyirdi ki, "ədəbiyyat – azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, həm lövhə, həm də müəyyən aydın ifadə olunmuş təfəkkürdür. Buna görə də ədəbiyyat incəsənət növlərinin bütün başqa ünsürlərinə malik olub, ayrılıqda onların hər birindən tamamilə istifadə etmiş olur. Ədəbiyyat bütün küll halında, incəsənətin tərkibindən ibarət olub, onun bütün cəhətlərini əhatə etməklə bərabər, bütün fərqlərini müəyyən və aydın bir şəkildə ehtiva edir”. Yəqin ki, ədəbiyyat olmasaydı həyatımız necə də dözülməz əzablarla, iztirablarla keçərdi.

Vur tut iki dostum qalıb. Onların ikisi də ədəbiyyatdan min kilometr uzaq adamlardır. Biri özünü tapa bilmir, digəri isə saxta dindardır. Hər ikisi ilə bağlılığım uşaqlığımla əlaqəlidir. Əslində isə onlarla başqa dünyaların adamlarıyıq. Ədəbi mühitdən isə özüm qaçıram. Hər dəfə istəyirəm intellektual adamların çevrəsində olam. Ancaq heç cürə bunu özümə adət edə bilmirəm. İçimdə baş verən tənhalıq ərazisini insanlarla doldura bilmirəm.

Geridə qalan il həyatımda bir çox dəyişikliklərə səbəb oldu. Sevdiyim qızla evləndim, bir qızım dünyaya gəldi. Anamın adını qoydum qızıma. Özümə təsəlli verdim ki, anam yenidən dünyaya gəlib və mən artıq onu böyüdəcəm. Rollar dəyişir. Eynən postmodern filmlərdəki kimi olacaq. Yazının əvvəlində kövrəkliyimin səbəbini soruşdunuz bəlkə də. Ola bilsin, qızımın bu çirkli dünyaya gəlməsidi məni kövrəldən? Yaxud da anamın təzədən dünyaya gəlməyimi? Həyatı bütöv, olduğu kimi yaşamaq necə də dəhşətli və ağır gəlir adama.

Sentimentallığın daşını atmaq gərək. Nə olsa da yaşamaq ciddi işdir. Və yaşamaq həyatdan daha maraqlıdır.

Dəbdəbəli, parıltılı dünyadan uzağam və balaca evimizdə, isti, doğma ailəmlə ömür sürmək daha hüzurlu, daha gözəldir. Həmçinin evimizdə ədəbiyyat, sənət də yaşayır, bizimlə bir yerdə nəfəs alır.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK