adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Yanvar 2018 11:42
11301
SAĞLAMLIQ
A- A+

Bayram günlərində zəhərlənənlərin STATİSTİKASI

Dekabrın 31-dən yanvarın 4-dək Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 12 müraciət daxil olub.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, müraciət edənlərdən 8-i sərxoş olub. Onlar alkoqol içkiləri qəbul etdikdən sonra opranizmlərində yaranan fəsadlara görə, mərkəzə gətirilib.

A.Maqsudov qeyd edib ki, bayram günlərində 6 nəfər isə dəm qazından zəhərlənmə ilə müraciət edib: "Bu müddətdə 3 nəfər dərmanın yaratdığı əlavə təsir - allergik reaksiya ilə bağlı, 1 nəfər isə dərman zəhərlənməsi ilə bağlı mərkəzə gətirilib. Müraciət edənlərin hamısı artıq evə buraxılıb".(trend)