adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Yanvar 2018 10:52
19857
MARAQLI
A- A+

İtaliya tənha yaşayan insanlar ölkəsinə çevrilir

İtaliyada tənha yaşayan insanların sayı artıb, yeni doğulan körpələrin sayı azalıb, insanların ömrü isə uzanıb.

Adalet.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) illik hesabatında məlumat verilir. İSTAT-ın 2016-cı il üzrə hesabatının daha təəccüblü cəhəti isə ölkədə daha çox insanın tək yaşamasıdır. Bu ölkədə tənha yaşayan insanların sayı 20,5 faizdən 31,6 faizədək artıb, beş və ya daha çox nəfərdən ibarət olan ailələrin sayı isə 8,1 faizdən 5,4 faizədək azalıb. Ölkədə doğum səviyyəsinin aşağı düşmə tendensiyası davam edir. 2016-cı ildə doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 12 min 342 nəfər azalıb.

Hesabatda bildirilir ki, Avropada ən aşağı doğum səviyyəsi də məhz İtaliyadadır. Bu ölkədə hər qadına orta hesabla 1,35 uşaq düşür. Eyni zamanda, İtaliyada insanlar daha uzun ömür sürürlər. Burada orta ömür müddəti kişilərdə 80,6 il, qadınlarda isə 85,1 il təşkil edir.

İtaliya əhalisinin 8,3 faizi əcnəbilərdir.