adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Yanvar 2018 12:50
20933
MARAQLI
A- A+

Boşanmalar niyə yanvarda artır?

"The Times"qəzeti yazır ki, yanvar ayı bir çoxları üçün, məsələn daha sağlam həyat tərzi barədə yeni başlanğıc olsa da, bəziləri daha az xoşagələn problemləri məhz bu ayda həll etməyə çalışırlar.

Boşananlara dəstək üzrə ixtisaslaşmış Amicable sosial xidmətinin araşdırması bu yanvar ayında adamların internetdə "boşanma" açar sözü ilə 40 min 500 axtarış aparacağını göstərib.

Google Trends-in məlumatına görə 2016 və 2012-ci ilin yanvar ayları "boşanma" axtarışlarının rekord sayı ilə fərqlənir.

Lakin belə axtarışların may və avqust ayında da pik həddinə çatdığı olub.

Maraqlıdır ki, Google məlumatı "boşanma" axtarışı üçün dekabr ayının rekordçu olduğunu göstərib.

Amicable şirkətinin həmqurucusu Katy Daly deyir ki, yanvar ayında boşanma istəklərinin yüksəlişi Miladdan sonrakı durğunluqla bağlı ola bilər.

Onun sözlərinə görə Milada hazırlıq dövrünün maliyyə xərcləri və Miladdan sonra gözləntilərin doğrulmadığının dərk edilməsi adamlarda ruh qırıqlığına səbəb olur.

"Münasibətlər birdən birə yanvarda korlanmır, lakin yanvar ilin başlanğıcı kimi bir çox problemlərin qaynama həddinə çatması ilə nəticələnir. Bütün bunlar adətən "boşanma günü" adını qazanmış ilk miladsonrası bazar ertəsinə təsadüf edir" - deyir ekspert.

Amicable bunu da hesablayıb ki, vergiödəyənin boşanmalara görə çəkdiyi əlavə xərclər də artmaqda davam edir. Xəbər verilir ki, hazırda boşanma onun hər bir tərəfinə 1820 funt sterqinqə başa gəlir.

Britaniya statistika idarəsinin verdiyi məlumata görə ölkədə boşanmaların sayı 2016-cı ildə 5, 8 faiz artıb.

Ekspertlər bildirirlər ki, İngiltərə və Uelsdəki hazırkı boşanma sistemi boşananların üzərinə böyük xərclər qoymaqla bu onsuz da kədərli prosesi dərin düşmənçiliyə çevirir.