adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Yanvar 2018 12:45
12998
SİYASƏT
A- A+

Türkiyə PKK ilə danışıqlara başlayır? - Nazir açıqladı

Uşaq qatili olan PKK terror təşkilatı ilə razılığa gəlmək üçün müəyyən şərtlər irəli sürməyimizlə bağlı yayılan xəbərlər yalandır.

Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb.

"Millətimizə söz vermişik ki, sözügedən terror təşkilatının kökünü kəsəcəyik. PKK ilə danışıqlar masasına oturmaq niyyətimiz yoxdur”, - nazir bildirib.

Çavuşoğlu alman xəbər agentliyi DPA-ya müsahibəsində bu mövzu ilə bağlı dediyi sözlərin yanlış təqdim edildiyini vurğulayıb.