adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Yanvar 2018 12:28
19273
MARAQLI
A- A+

2017-ci il aviasiya tarixində ən təhlükəsiz il olub

2017-ci il kommersiya aviasiyasının tarixində ən təhlükəsiz il olub.

Adalet.az-ın məlumatına görə, bu barədə "Aviation Safety Network" portalının hesabatında bildirilir.

2017-ci ildə sərnişin və nəqliyyat təyyarələrinin iştirakı ilə 10 qəza baş verib və 44 nəfər həlak olub. Bu göstərici 1946-cı ildən sonra rekord göstəricidir.

2016-cı ildə təyyarə qəzaları 303, 2015-ci ildə 537, 2014-cü ildə isə 961 nəfərin ölümünə səbəb olub.