adalet.az header logo
  • Bakı 19°C
03 Yanvar 2018 10:32
15958
İDMAN
A- A+

Koutinyo üçün 130 milyon funt

"Liverpul” qış transfer pəncərəsi zamanı Filippe Koutinyo ilə vidalaşmağa hazırdır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Braziliya yığmasının üzvünə konkret qiymət qoyulub.

Belə ki, onu heyətində görmək istəyən klub "Liverpul”a 130 milyon funt ödəməyə razı olmalıdır.

Hələ yayda 2 klub arasında keçidlə bağlı uzun müddət müzakirələr getdi. "Barselona” son olaraq Koutinyo üçün 115 milyon funt ödəməyə hazır olsa da, keçid reallaşmadı.