adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Yanvar 2018 12:18
21144
MARAQLI
A- A+

Türkiyədə qızlar 9, oğlanlar 12 yaşında evlənə bilər? - Rəsmi cavab

Qız uşaqlarının erkən yaşda evlənə biləcəyi xəbəribə aydınlıq gətirilib.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyanət İşləri Başkanlığının açıqlamasına görə, bəzi media orqanlarında qız uşaqlarının erkən yaşda evlənə biləcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Belə ki, yayılan məlumatda nikaha girmək üçün həddi-buluğ yaşının qızlarda 9, oğlanlarda 12 olduğu göstərilib.

Diyanətin rəsmi internet səhifəsində verilən məlumata görə, qız uşaqlarında ana olmaq, ailə qurmaq yaşı onların bioloji və psixoloji hazırlığı ilə bağlıdır. Qız uşaqlarını erkən yaşda evləndirmək əsla dini ideyalarla əlaqələndirilə bilməz.

Diyanət İşləri Başkanlığı da erkən yaşda nikahlara heç zaman icazə verməyib.