adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Yanvar 2018 09:16
166320
DÜNYA
A- A+

İranda ixtişaşlara görə 150-dən çox şəxs saxlanıldı

İranın güc strukturları Həmədan vilayətində baş verən nümayişlərdə ixtişaşlarla bağlı 150-dən çox ehtimal olunan təhrikçini saxlayıb.Modern.azxəbər verir ki, bu barədə vilayətin meri Əli Təali deyib.

"Son günlər ərzində 150-dən çox üsyankar saxlanılıb və məhkəmə orqanlarına təhvil verilib. Bunlar 17-25 arası gəclərdir. Aralarında diqər vilayətlərdən olan şəxslərdə var", – deyə mer bildirib.

İranda etiraz aksiyaları 28 dekabrda başlayıb. Ölkənin müxtəlif şəhərlərində baş verən aksiyalarda etirazçılar qiymətlərin artımından şikayət edib. Polis əməkdaşları ilə toqquşma nəticəsində azı 20 nəfər ölüb. İran polisinin məlumatına görə, ixtişaşlarda iştirak edən 450-dən çox insan saxlanılıb.