ANA SƏHİFƏ / DÜNYA

Trampdan Fələstinə yeni hədə: Yardımları kəsəcəyik

10009    |   2018-01-03 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ABŞ-ın fələstinlilərə yardımını kəsəcəyi barədə təhdidlər yağdırıb.

Trump Twitter hesabındakı açıqlamasında bildirib ki, fələstinlilərə hər il yüz minlər ödəyirlər, lakin qarşılığında nə hörmət, nə də təqdir görürlər.

ABŞ prezidenti eyni zamanda Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarının yeni sülh görüşmələrinin gündəmindən çıxarıldığını da qeyd edib.

Modern.azxarici KİV-lərə istinadən xəbər verir ki, Trump sözü gedən Twitter mesajlarını Pakistana yardımla bağlı mesajların davamı olaraq paylaşıb:

"Sadəcə Pakistan deyil, başqa bir çox ölkə və prezidentləri üçün boş yerə milyonlarla dollar ödəyirik. Məsələn, fələstinlilərə ildə yüzminlərlə dollar ödəyirik, lakin qarşılığında nə hörmət, nə də təqdir görürük. İsraillə çoxdan vaxtı gəlmiş sülh məsələsini müzakirə etmək belə istəmirlər.

Danışıqların ən çətin mərhələsi olan Qüds məsələsini gündəmdən çıxardıq. İsrail buna görə çox böyük pul ödəmək məcburiyyətində qalacaq. Fələstinlilər sülhü danışmaq belə istəmədikləri halda niyə onlara ödəmə edək?”.

Qeyd edək ki, Trump Dekabr ayının əvvəllərində Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarını alıb.

Dünyanın ən qədim paytaxlarından olan Qüds bugün Orta Şərqin problemlərinin mərkəzində yer alır. İsrail paytaxtın şərqini 1967-ci ildə işğal edib. 1980-cı ildə isə Qüdsü bütünlüklə paytaxtı elan edib. Ancaq Trumpun qərarına qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyan heç bir dövlət olmayıb.




İmza:
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK