adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Yanvar 2018 17:00
7251
HADİSƏ
A- A+

Mənzildə köməksiz qalan xilas edildi

Qaradağ rayonunda köməksiz qalan xəstə xilas edilib.

Bu haqda Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.