adalet.az header logo
  • Bakı 19°C
02 Yanvar 2018 10:14
10593
MƏMLƏKƏT
A- A+

Azərbaycana 25 sm qar yağıb - Faktiki hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvar ayının 1-dən 2-i səhərədək ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal, şimal-qərb küləyi əsib.

Departamentdən bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 18, Oğuz 16, Qəbələ 15, Mingəçevir 14, Ağdərədə (Ordubad) 14, Zaqatala 12, Bərdə 8, Zərdab 7, Xınalıq 6 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 25, Xətəmdə 25, Qırızda 12, Xınalıqda 10, Daşkəsəndə 4, Gədəbəydə 5 sm təşkil edib.