adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Yanvar 2018 15:03
18141
DÜNYA
A- A+

Everestə tək qalxmaq qadağan edildi

Nepal, dünyanın zirvəsi hesab edilən Everest zirvəsinə tək qalxan alpinistlərə qadağa qoyub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilib ki, qəza sayını azaltmaq üçün alpinizm mövsümünün əvvəlində Everest də daxil olmaqla, ölkənin digər dağlarına təkbaşına qalxmaq qadağan edilib.

Turizm Nazirliyinin açıqladığı yeni qaydalara görə, görmə əngəllilər və iki ayağını itirənlər də dağlara qalxa bilməz. Bu qadağalar bir sıra peşəkar alpinistlərin və fiziki əngəlli şəxslərin tənqidinə səbəb olub.

Qeyd edək ki, 8848 metr yüksəkliyi olan Everestdə 1920-ci ildən etibarən 200-dən çox insan həyatını itirib.