ANA SƏHİFƏ / MƏMLƏKƏT

Türkiyə kitabxanalarına səfərlə bağlı hesabat verildi

6186    |   2018-01-02 14:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib.

Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları – MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.

Təqdimatda İstanbul şəhər kitabxanaları və ictimai qurumlar ilə baş tutmuş görüşlərin nəticələri, əldə edilmiş tətbiqi və nəzəri informasiyaların, fikir və təklif mübadilələrinin ümumi təsəvvürü canlandırılıb. Türkiyənin İstanbul Orhan Kemal İl Xalq Kitabxanası, Süleymaniyə Yazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi(İSAM Kitabxanası), Beyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzey Kitabxanası və İstanbul Azərbaycan Kültür Evi dərnəyində olan əməkdaşlar ziyarət etdikləri hər bir qurum haqqında ətraflı bilgilər veriblər. Slayd üzərindən təqdim edilən məlumatlarda adı çəkilən kitabxanaların tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təhcizatı, mövcud imkanları barədə danışılıb, maraq çəkən cəhətləri qeyd olunub.

Bildirilib ki, ziyarət əsnasında MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında İstanbullu həmkarlarına geniş məlumat verib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar. İstanbul Orhan Kemal İl Xalq Kitabxanası, Süleymaniyə Yazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi(İSAM Kitabxanası), Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzey və Beyazit Dövlət Kitabxanalarının rəhbərləri MEK əməkdaşlarının ziyarətindən məmnunluqlarını ifadə edib, MEK-ə kitab və rəsmlər təqdim ediblər.

Müzakirələrdən sonra, Mərkəzi Elmi Kitabxana haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanın elektron formatda cəm olunub, dünya oxucusu üçün əlçatan edildiyi Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Kitabxanaları ziyarət etdikdən sonra, MEK əməkdaşları İstanbul Azərbaycan Kültür Evinə baş çəkib, dərnəyin işi ilə yaxından tanış olublar. Kültür Evinin başqanı Hikmet Elp əməkdaşlara dərnəyin nəzdində fəaliyyət göstərən "Azərbaycan Kültür Evi Yayınları”nın nəşrlərindən ibarət kitabları təqdim edib.

Təqdimatın sonunda geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları müqayisəli təhlillər əsasında cavablandırılıb.




İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK