adalet.az header logo
  • Bakı 20°C
02 Yanvar 2018 12:01
7999
HADİSƏ
A- A+

Bakıda mənzildə partlayış – 3 nəfər yaralandı

Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.