adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Yanvar 2018 13:29
19347
KRİMİNAL
A- A+

Keçmiş məhkum narkotiklə yaxalandı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini - əvvəllər məhkum olunmuş Ravil Rəcəbov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib.

​Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülüb.

Ekspertizaya göndərilən həmin bükülünün 1,165 qram şəkidə narkotik vasitə olan heroin olması barədə rəy verilib.

Faktla bağlı R.Rəcəbov barəsində Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.