adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Yanvar 2018 16:01
14367
İDMAN
A- A+

“Real”dan ilk transfer

"Real” yeni ildə ilk transferini gerçəkləşdirib.

Adalet.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, "kral klubu” "Valensiya”dan Rafa Mirin keçidini həll edib.

"Qladiator” ləqəbli forvard hələ 2017-nin yayında Madrid klubuna keçə bilərmiş. Sadəcə, həmin vaxt "yarasalar” gənc futbolçusunu buraxmamışdı.

Qeyd edək ki, Mir "Valensiya”nın heyətində ilk dəfə 2015-ci ildə, Çempionlar Liqasının "Zenit”lə oyununda debüt edib. Ancaq əsas heyətdə möhkəmlənə bilməyən hücumçu əvəzedici komandaya göndərilib. Mir bu mövsüm Sequnda B-də 19 oyuna 15 qol vurub.