adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Yanvar 2018 15:37
16622
DÜNYA
A- A+

İranda etirazlar can almaqda davam edir

İranda keçirilən etirazlarda daha 2 nəfər həyatını itirib və bununla aksiyalarda ölənlərin sayı 4-ə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə İranın İLHA agentliyi məlumat yayıb.

Qeyd edək ki, ilk dəfə aksiyalardan danışan İran prezidenti Həsən Ruhani bildirib ki, hökumətə etiraz və onu tənqid etmək iranlıların hüququdur: "Etirazlar İran İslam Respublikasında vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxarmalıdır. Şiddət və ictimai yerlərə ziyan vurmaq tənqid deyil. Hökumət vanadallıq edən və ətrafa zərər vuran qruplara tolerant yanaşmayacaq".