ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ucqar dağ kəndlərində Şaxta Baba aksiyası

5137    |   2018-01-01 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni il ərəfəsində bir qrup könüllü gənc Şaxta Baba paltarı geyinərək Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan 700-dən çox uşağa hədiyyə aparıblar.

Adalet.az xəbər verir ki, Bakıda toplanan hədiyyələr 23 ucqar kəndin balaca sakinlərinə təqdim olunub.

Dekabrın 23-dən səfərə çıxan Şaxta babalar iki qrupa bölünərək, ayrı-ayrı marşrutlar üzrə yola çıxıblar.

Doqquz gün ərzində hədiyyə paylanılan ucqar yaşayış məntəqələri arasında Qubanın çətin relyefi ilə seçilən Girdah, Rük, Qarxun, Adur, Xınalıq, Bostankeş, Qalaxudat, eləcə də Qusarın Ləzə, Sudur və başqa kəndləri var.

önüllülər dekabrın 31-də öz missiyalarını başa vuraraq Yeni ili Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində qarşılayıblar. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.

Layihənin müəlliflərindən olan Cavid Qara azərtac-a bildirib ki, uşaqlara sponsor və könüllülərdən toplanan 6 min manat dəyərində hədiyyələr paylanılıb.




İmza:
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK