adalet.az header logo
  • Bakı 18°C
01 Yanvar 2018 12:19
17447
MƏMLƏKƏT
A- A+

2000-ci il təvəllüdlü gənclərin hərbi xidmətə çağırışı başlandı

Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, bu gündən – 1 yanvardan həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Adalet.az-ın məlumatına görə, yanvarın 31-dək davam edəcək çağırış prosesində 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Həmin sənədə uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

.