adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Yanvar 2018 12:07
10026
HADİSƏ
A- A+

Sərxoş sürücü 7 gənci vurdu: biri öldü, ikisi isə...

Dekabrın 31-də axşam saatlarında İmişli şəhərində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu VAZ-2107 markalı 30 VD 026 dövlət nömrə nişanlı avtomobili idarə edərkən H.Əliyev prospektində dəhşətli yol-nəqliyyat hadisəsi törədib.

S. Mehdiyev idarəetməni itirərək avtomobili yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb. Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər –İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.