İranda etiraz aksiyalarında iki nəfər öldürülüb
İranda keçirilən etiraz aksiyalarında iki nəfər dünən axşam öldürülüb. Adalet.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Lorestan qubernatorunun təhlükəsizlik müavini Habibollah Xojastepurun Mehr agentliyinə verdiyi açıqlamaya görə, qeyri-qanuni etiraz aksiyası qarşıdurma ilə nəticələnib. İki etirazçı qarşıdurma nəticəsində öldürülüb.
O iki etirazçının ölüm səbəbini açıqlamayıb. Lakin qeyd edib ki, güllə polis və təhlükəsizlik qüvvələri tərəfindən açılmayıb.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.
Digər Xəbərlər
20 Aprel 2024 12:01
ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10