adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Dekabr 2017 11:54
9268
HADİSƏ
A- A+

Şəki meşəsindəki yanğın söndürülüb

Şəkinin meşəsində baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Adalet.az-a verdiyi məlumata əsasən, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.

"Yanğının söndürülməsi üçün əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "Onların səyi nəticəsində yanğın dünən söndürülüb. Naməlum səbəblərdən baş vermiş yanğın zamanı 1, 2 hektara yaxın ərazidə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib".

İ.İbrahimova qeyd edib ki, yanğının hansı səbəbdən baş verməsi araşdırılır.