adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Dekabr 2017 15:08
237131
SİYASƏT
A- A+

İranda islam inqilabının devrilməsi... - General

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri ölkəni bürüyən etiraz aksiyalarına münasibət bildirib.

Adalet.az xəbər verir ki, Baqiri kütləvi etirazları pisləyib və onun başçılarını "amerikalı fitnəkarlar” adlandırıb:

"Biz, İslam inqilabının devrilməsini istəyənlərin şeytani və iyrənc yuxusunun çin olmasına imkan verməyəcəyik. İslam respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb, onları məyus edəcək, öz iyrənc hədəflərinə çatmasının qarşısını alacağıq”.

Qeyd edək ki, hazırda İranın bir neçə şəhərində korrupsiya və işsizliyə qarşı etiraz aksiyalarının davam etdiyi bildirilir.(axar.az)