adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Dekabr 2017 13:29
13422
İDMAN
A- A+

Qattuzodan Hakan Çalhanoğluna tərif

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo adı "Fenerbahçe" və "Galatasaray"la hallanan Hakan Çalhanoğlu ilə bağlı açıqlama verib.

Adalet.az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis Türkiyə millisinin üzvünün komandadan ayrılmayacağını deyib:

"Hakan "İnter"lə oyunda meydanda yaxşı işlər gördü. Bizim üçün vacib futbolçudur. Məşqlərdə də yaxşı çalışır. Zərbələrinin qüvvəti əladır. Əgər performansını bir az da artırsa, bizim üçün açar oyunçu olacaq. Hakan son 25 gündə yaxşı çalışır".

Çalhanoğlu özü də açıqlamasında ayrılmaq fikrində olmadığını demişdi.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi yay transfer dönəmində 24 milyon avro qarşılığında "Bayer"dən (Leverkuzen) "Milan"a keçib.