adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Dekabr 2017 12:17
25513
DÜNYA
A- A+

“Facebook” Kadırovu bloklamasının səbəbini açıqladı

Çeçenistan lideri Ramzan Kadırovun "Facebook" və "Instagram" səhifələrinin bloklanmasının səbəbi açıqlanıb.

Adalet.az lent.az-a istinadən bildirir ki,bu qərar ABŞ tərəfindən R. Kadırova sanksiyanın tətbiq olunması ilə əlaqədardır.

"Həmin akkauntlar ABŞ-da ticarət-iqtisadi sanksiyaların tətbiq olunduğu xüsusi kateqoriyalı və yasaqlı şəxslərin siyahısındakı şəxsə məxsus idi və ya onun adına açılmışdı. Bununla əlaqədar "Facebook" bu şəxsin səhifələrinin deaktiv edilməsi yönündə hüquqi məsuliyyət daşıyır", - deyə "Facebook"dan bildirilib. 

Xatırladaq ki, ABŞ ötən həftə "Maqnitski Aktı" çərçivəsində Ramzan Kadırova sanksiya tətbiq edib. Dekabrın 23-də R. Kadırovun "Facebook" və "Instagram" səhifələri bloklanıb.