adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Dekabr 2017 11:57
15113
SİYASƏT
A- A+

Pentaqon Ərdoğan-Putin razılaşmasına qarşı çıxdı

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan "S-400" kompleksi almasını tənqid edib. Pentaqon bəyan edib ki, NATO standartlarına uyğun raket-əleyhinə müdafiə sistemləri Rusiyanın "S-400" zenit-raket komplekslərindən daha çox Türkiyənin maraqlarına cavab verir.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

"NATO standartlarına uyğun raket-əleyhinə müdafiə sistemləri regionda təhdidlərdən qorunmaq üçün Türkiyə üçün ən yaxşı variantlardan biridir. ABŞ Türkiyə tərəfindən alınan "Patriot” sistemlərinin imkan daxilində tez bir zamanda bu ölkəyə verilməsi öhdəliyinə sadiqdir”, - deyə Pentaqonun rəsmi nümayəndəsi bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanıb. Paytaxt Ankarada imzalanan sazişin dəyəri 2,5 milyard dollardır.

Sazişə əsasən, Rusiya kredit vasitəsilə Türkiyəyə 4 ədəd S-400 zenit-raket kompleksi satacaq. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.