adalet.az header logo
  • Bakı 20°C
30 Dekabr 2017 11:36
11176
GÜNDƏM
A- A+

11 ayda 851 azərbaycanlı Türkiyədə ev alıb

Bu ilin 11 ayında 20 min 247 xarici vətəndaş Türkiyədən ev alıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən çox ev alan əcnəbilər İraq vətəndaşlarıdır - 3387 ev. Bundan sonra Səudiyyə Ərəbistan vətəndaşları 3074 ev, Küveyt vətəndaşları 1540 ev, Rusiya vətəndaşları 1202 ev, Əfqanıstan vətəndaşları isə Türkiyədən 976 ev alıb.

İlk onluqda Azərbaycan vətəndaşları da yer alıb. Belə ki, 11 ayda Azərbaycan vətəndaşları Türkiyədən 851 ev alıb. Növbəti pillədə 742 mənzillə İngiltərə, 679 mənzillə Almaniya, 674 mənizllə İran, 520 mənizllə isə Misir qərarlaşıb.