Nicat Novruzoğlu: Xoruzdan itə

NİCAT NOVRUZOĞLU
52197 | 2017-12-30 10:54

2017 bitmək üzrədir.Xoruz iliidi cari ilin adı. Yaxşı ki, mənim inteligentliyim zəifdi,"ruskayazıçnı" deyiləm. Yoxsabu ili urusca ifadə etsəydim biabırçılıq olardı. Çünki xoruzun rus variantı xətir-hörmətiniitirib. Heç onu it yerinə də qoymurlar. İtdən söz düşmüşkən gələn il də itilidi. Özü də sarı it ili. Bu haqda bir az sonra.

Xoruz ili gəldiçatdı sonuna. Sonudu deyə haqqında rahat yazmaq olur. Məndə o cəsarət hanı ki,ilin əvvəlində ildən yazım? İl dərimə saman təpər.

Bu xoruzda daköhnə hamam, köhnə tas oldu. Nəysə bir təzə zad gözümə dəymədi. Dəysəydi heçolmasa bir az altı qaralardı.

Yenə oğul atanıbıçaqladı, yenə qadın üç uşağını atıb kiməsə qoşulub yenidən üç uşaq doğmaqüçün qaçdı, yenə suda batdılar, yenə avtomobil qəzaları can aldı, yenə kimlərsəintihar, kimlərsə oğurluq etdilər, yenə ağac kəsildi, yenə şou biznes efirdə,yenə Elariz oxuyur, yenə həmin kanal, həmin dalğa, həmin koordinat...

Yenə torpaqişğalda...

Xoruz varlılarili oldu. Niyə? Çünki atalar deyib varlının xoruzu da yumurtlayar. Amma vaxtsızbanlayan xoruzlar da oldu. Heç eyb etməz, kimə lazım idi axı Sizin başınız. Sizelə başsız yaşamısız, elə də yaşayacaqsınız.

Bu günümüzə minşükür. Deyərlər Şükür də dolma bükür. Elə dolmanın da xoruzda bizimkiliyi təsdiqləndi.

Xoruz 2018-əarada dimdik də atdı. Xoruzda sahibsiz itlər zərərsizləşdirildi.

"Ayə, haragedirsən, ayə" də xoruzda idi.

Xoruz da beləcəgetdi banlamağının dalınca.

Gəldik çatdıq itə.Özü də sarısına.

Bu dəfə cəsarəliolacam. İl başlamamış ondan yazacam. Görək başımıza bu yeni ildə nə gələcək.

Nə qədər virtualaləmdə eşələndimsə də mənə agah olmadı ki, bu it niyə sarıdı. Daha doğrusu necəbilirlər ki, 2018-in iti sarıdı? Bunu kim müəyyənləşdirir, nəyə əsasən müəyyənləşdirirsuallarına cavab tapa bilmədim.

Bu sarı itinqorxusundan artıq içimə bir vəlvələ düşdü. Niyə? Çünki əbəs yerə deməyiblər ki,it yiyəsinə oxşayar. Deyirəm birdən bu 2018-in sarı iti yiyəsinə oxşayıb beləsaralar.

Bu 2018-in itisarıdırsa və o yiyəsinə oxşayıb belə saralıbsa ,vay bizim halımıza. Biz nə vaxtsarılardan qazanmışıq ki, indi də onların itindən qazanaq? Elə onlar həmişəbizim üstümüzə it qısqırtmayıblar?! Bəlkə elə bu həmin itdi? Vallah, Rasim Müzəffərlidemişkən bu it deyəsən sahibi özündən bərk hürənlərdəndir.

Axı niyə bu itinrəngi sarı çıxıb? Nə olaydı bunun rəngi qara çıxaydı. Biz də bir gün görəydik.

Bəlkə də qaraimiş. O sarılar da bunu həmişəki kimi bizdən əvvəl bilib. Və həzm etməyibləritin qaralığını. Salıblar onu qara qutuya məhv ediblər. Əvəzində ortalığa sarısını qoyublar. Həmişə belə olub. Oyunçıxardıblar qara qutularıyla.

Elə bil məndəçox qara-qura yazdım axı?

Bəlkə də. Ammabu sarı itə çox da bel bağlamaq olmaz. Sarıdan bizə xeyir gəlməz. Rəng ya ağolar, ya da qara. Başqa rənglərin ipinin üstünə odun yığılmaz.

Sizi çoxqorxutmayım. Sonra keçməzsiz 2018-ə, qalarsız 2017-də adınızı qoyarlar geridəqalmış.

Rəngi qoydum kənara.İt elə itdi. Sədaqət misalıdı. İnsanın dostudu. İnsan da itlə dostluq edər,amma, çomağını yerə qoymaz.

Deyirlərqonşunun iti qonşuya hürməz. Amma bizim qonşununku hürdü, hələ 20 faizimiziqapdı da.

Qapmaqdan sətir yazmışkən, qapan it dişini göstərməz. Bunu da unutmayın.

Alaiti hamı tanıyır. Amma ala itdən məşhurları da var. Onları hamımız tanıyırıq. Bu da bir fərasətdi. Alaiti keçmək hər oğulun işi deyil, biləsiz.

Birdə bilin ki, bir dəftər var. Adıit dəftəridir. Bəzən kimisə axtaranda adını heç harda tapmayanda ən sonda it dəftərinəbaxırlar. Vay o haldan ki, adınız ordada olmaya. O zaman huy düşəcək bütüncahana ki, filankəsin adı heç it dəftərində də yoxdu.

Görəsən bu dəftərəadı kim yazır?

Biri də var.Deyiblər ki, vay o gündən ki, adamın öz iti özünü qapa. Həqiqətən vay. Deməli,bu da var imiş. Ona görə də həyət-bacada saxladığınız itlərə 2018 it ilidi deyəçox güvənməyin. Ehtiyatlı olun ki, yaraşıqlı görsənəsiniz.

Bayramınız mübarək!


TƏQVİM / ARXİV