adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Dekabr 2017 16:38
15191
İDMAN
A- A+

Messi 1-ci, Neymar 6-cı oldu

"Forbes" jurnalı 2017-ci ildə ən çox pul qazanan latın amerikalı məşhurların siyahısını tərtib edib.

Adalet.az goal.az-a istinadənxəbər verir ki, siyahının ilk pilləsini "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messi tutub. O, iyuna qədər 80 milyon avro qazanmaqla hamını qabaqlayıb. Messi ümumi reytinqdə isə 14-cü oldu. PSJ-nin forvardı Neymar isə 6-cı pillədə qərarlaşıb.

Latın Amerikanın 2017-ci ildə ən çox qazanan məşhurları

1. Lionel Messi (Argentina, futbolçu) - 80 mln
2. Luis Şekeli (ABŞ, komediyaçı) - 52 mln
3. Sofiya Verqara (Kolumbiya, aktrisa) - 41.5 mln
4. Bruno Mars (ABŞ, pop ifaçı) - 39 mln
5. Cennifer Lopez (ABŞ, müğənni) - 38 mln
6. Neymar (Braziliya, futbolçu) - 37 mln
7. Karmelo Entoni (ABŞ, basketbolçu) - 32.5 mln