adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DƏRDİ SEVGİSİYLƏ ƏKİZ OLAN ŞAİR

6713 | 2017-12-29 16:36

O, dərdheybəsi çiynindən düşməyən babanı xatırladır, amma o, Şaxta Baba deyil və dərdinikimsəyə hədiyyə etmək fikri yoxdur...

İnsan dünyaya ağlayaraq gəlir. Səbəbini birçox yazı adamları – şairlər, yazıçılar müxtəlif söz oynatmaları ilə əlaqələndirsələrdə (bu fani dünyaya gəlmək istəməmək kimi...), tibbdə yalnız bir cavab var: insanbədəni öyrəşdiyi, alışdığı mühiti dəyişəndə ilk anlarda bunu qəbullənməsi çətinolur və isti ana bətnindən fərqli, soyuq, dəyişik, işıqlı dünyaya düşən uşaq dabunun üçün ağlayır və bu, insanın ilk etirazıdır.

İnsanın ömür boyu ağlayanı da olur, ağlamaqlagülməyi normal həyat qanunu kimi qəbul edənlər də, yalnız gözəl həyat, gülüş,xoşbəxtlik, təminatlı həyat yaşayıb, sonda yalnız dünyadan köçmə təlaşındanağlayanı da...

Amma hər kəsin dərdi, dərd sandığı bir dönəmiolur həyatında. Dərd dediyimiz əslində nədir? Həyatımızda olmasını istədiyimiz,amma nail ola bilmədiklərimiz... bu, sağlamlıq da ola bilər, sevdiyimiz birinsan da, mənsəb, mövqe, pul da. Birinin dərd etdiyi o birinə gülünc görünə bilər.Yaxud o "dərdlə” həmin başqası xoşbəxt ola bilər. Açıqlayım: Məsələn, biribahalı ayaqqabı arzusundadır, digəri yalnız ayaqyalın gəzməmək üçün nə olsageyinər, birinin bir ayağı yoxdur, ömrü boyu sadəcə bir ayaqqabı geyinəcək,birinin heç ayaqları yoxdur, əlil arabasında gəzir. İndi, sondan əvvələ nəzəryetirsəniz, görəcəksiniz ki, ayağı olmayan "heç olmasa bir ayağım olsaydı, əsaylagəzərdim” düşünür, tək ayağı olan iki ayağı sağlam olsaydı xoşbəxt olardı vəsair. Demək ki, dərd dediyimiz məvhum da nisbidir, xoşbəxtlik kimi.

Bəzən bir insanın salamından, təbəssümündənbelə, gözəl əhval yarana bilir insanda. Bu keyfiyyət də hər insanda olmur,çünki o gözəlliyi yaşamaq qəlbi gözəl olan insanlara məxsusdur. Qəlbi həssasolanlar bəzən üz-gözündən kin-küdurət yağan biriylə rastlaşanda, bir gərəksiz kəlməsiniduyduqda bütün günü bərbad olur. Hələ edilən kələkləri, etibarsızlıqları,yalanları, xəyanətləri, pislikləri demirəm... Demək həyatı gözəlləşdirən də, çətinləşdirəndə özümüzük – biz insanlar, sən, mən, o...

Yazıma "dərdlə” başlamamın səbəbi var.Yanvarın 1-i ədəbiyyat cameəsində "Dərd şairi” kimi tanınan Əbülfət Mədətoğlunundoğum günüdür. O, dünyaya gələndəağlayıbmı , gülübmü, bilmirəm – bunu İmmi xaladan soruşmaq heç ağlıma gəlməyib.Amma həmişə çiyinlərində daşıdığı bir dərd heybəsi olub. Əvvəldən dərd vardı,amma Qarabağdan gələndə daha çox dərd doldurdu heybəsinə. Bəzən yorulurağırlığından, daşıya bilmir...

Bəzən düşünürəm ki, o, elə çiynindəki dərdədoğulub. Bunu anası, həbəsi görüblərmi?Görüblərsə də, anlamayıblar nə olduğunu. Anlasaydılar onu körpənin çiynindənalıb oda, suya tapşırardılar. O da mümkün olmasa, anası öz çiyninə alardı – özdərdlərinə sirdaş edərdi, təki balasından uzaq olsun, o, dərd-sərsiz böyüsün deyə!

O, "köhnə, gözəl vaxtlarda” da, qürurla,amalla, ümidlə yaşadığı - oktyabryat,pioner, komsomol, partiyaçı olduğu, şair kimi məktəbdə, kənddə tanındığı, əsgər,tələbə həyatı yaşadığı, universitetdə oxuya-oxuya işləyib kimsəyə möhtacolmadığı zamanlarda da, ilk sevgisində də, ilk yazıları, kitabları işıq üzü görəndədə, sevdiyiylə evlənəndə də o dərd onun çiynindəydi və artıq onun canına,qanına hopmuşdu - əkiz olmuşdular, bir-birlərindən ayrı dura bilmirlər. Azacıqsevinmək, şənlənmək istəyəndə dərd çiynindən qalxıb qulağına nəsə pıçıldayır, o da "özünə” qayıdır. Bir zamanlar dostlarla içki məclisindəolarkən çiynindən pıçıldayan dərdə əhəmiyyət vermirdi, sonra yenə dərd qalib gəldi- daha içki də bir şeyə yaramadı – çünki o, içində ruhani bir sevgi daşıyır vəiçindəki o sevgiylə dərd gizli saziş bağlayaraq onu təslim etmişdilər. Amma dərdinüstünlüyü onda idi ki, o, bu ürəkdəki sevgini də dərdə çevirmişdi.

Bəziləri onun haqqında "dərd şairi”, bəziləri"sevgi şairi” deyir. Amma onu duyanlar bilir ki, onlar ikisi də onun üçün eynisözdü – onun dərdi sevgisi, sevgisi də dərdidir. Adətən sevgi insana, güc ,qüvvət verir, həyata bağlayar, yaşam həvəsi, ümid göyərdər. Onun sevgi şeirləriisə həsrət, hüzün, üzüntü, ayrılıqdır, çünki o sevginin əkizi var içində - dərdəkizi.

Qollarımı açmışam,

Dolan boynuma, dərdim!

Canı-dildən deyirəm –

Bəlan boynuma, dərdim.

***

Dopdoluyam, təzə dərd,

Təzə həsrət mənə yad.

Bu sevgim - bu qəmimlə

Yaşat məni sən, həyat!

***

Oyun oynayırfələk,

Oynasın xoşgünümə.

Dərddəndoyunca içib -

Olmuş sərxoşgünümə!

Ömrünü gülüşlə, qəhqəhələrlə, yeyib-içməklə, lətifəsöyləyib başqalarını da güldürməklə keçirənlər də normal qarşılanmır bu həyatda,üzündən daim dərd-qəm tökülən insan da. Bu keyfiyyətlərin hərəsindən bir azolanda insan normal görünür, təbii qarşılanır, həmin insan üçün də yaşamaqasanlaşır. Onun üzündə təbəssüm görəndə çaşıram, həm də sevinirəm. Hər bir insana təbəssüm, gülüş yaraşır, amma o gülüşhər deyəndə görə bilmədiyin üzlərdə daha tez nəzərə çarpır.

Mən yazını tamamlamağa çalışdığım məqamdaonunla son söhbətimi xatırladım. Həmin söhbətin nöqtəsi yenə dərdlə sevincinqarışığı idi. Bax bu misralarda olduğu kimi:

Ağrıyan ürəyimə

Ürəyimdə gülürəm.

Ürəyim, qapını aç,

Ürəyinə gəlirəm.

Ömrünün 59-cu qışında onun çiynindəki xurcunlaqapınızı döyəcəyindən narahat olmayın. O heybəsində təkçə dərd gətirmir – orda bolsəmimiyyət də , azacıq sevinc də var, sevgi də...


TƏQVİM / ARXİV