Əbülfət MƏDƏTOĞLU: MƏNİ SEVMƏYƏNİN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
53981 | 2017-12-30 10:18

İlin sonundaverdiyi dərs

Əslində hər birsona yaxınlaşada, hər bir sonu göz önünə gətirəndə adam istər-istəməz bir az kövrəlir... bir az dönüb arxayabaxır... bir az xatirələri çözələyir... bir az nostalji auranın içərisində çapalayır.Və bütün bu "bir azlar" onu haldan-hala salır. İnsan bir anın içərisindəhəmin o sona qədər olan anların hamısını yaşayır, hamısını köynəyindənkeçirir... Bax, bu anın içərisindəcə az qala insanın özü boyda bir sual gəlibdurur gözünün qarşısında. Böyüklüyünə baxmayaraq, o sual o qədər konkret, o qədərsadə və həyatidir ki, onun yanından ötübkeçə bilmirsən. Heç ötüb keçmək də olmur. İstəsən də bunu bacarmarsan. Çünki osəndən, məndən, bizdən soruşur:

- Bu sona qədərgəlməyə dəyərdimi? Bu sona qədər gəlməkdə nə qazandın, nə itirdin və nəyəümidliydin?

Beləcə, sual da,sualın cavabını verən də baxır bir-birinin gözünün içərisinə. Və mən nə qədəristəsəm də gözlərimi sualın gözlərindən çəkə bilmirəm. Çünki o həmin dilinə gətirdiyinimənə də eşitdirir, məndən də soruşur. Mən isə bir az susuram. Çünki dərhalcavab verməyə gücüm, taqətim qalmayıb. Busona qədər həm yüyürmüşəm, həm yerimişəm, həm iməkləmişəm, həm dəsürünmüşəm, dizim-dirsəyim yerdə qalıb. Onun qançır yerləri ürəyimin özü kimisızıldayır. Axı...

Hə, bir dəfədemişdim. Bəlkə də xatirinizdədi. Bəlkə də yox. Demişdim ki, sevmədi bu dünya məni.Hələ tələbəlik illərində də bir şeir yazmışdım. Onda da demişdim ki, sevmədi buşəhər məni. Amma görürəm ki, dünya ilə müqayisədə şəhər bir az sevir. Dünya isəheç gözünün ucuyla da baxmır mənə tərəf.Bunun səbəbi nədədi, hardadı, kimdədi? Bilən varmı görəsən? Bax, busonuncu sualın özü düyünlənib loxma kimiqalıb nəfəs yolumda. Çünki olduğum,durduğum, çalışdığım, yaşadığım yerdə nə hamı sevdi məni, nə sevdiklərim sevdiməni, nə də sevmədiklərim. Təsəvvür edin ki, 363 gününü birgə keçirdiyimadamların dəyişən çöhrəsi, qəlizləşən səsi, o səsin tonu mənim varlığımı kitabkimi o günlərin içərisində az qala min dəfə vərəqləyibdi. Alqış da eşitmişəm,qarğış da... Əsəbə də tuş gəlmişəm, qəzəbə də, təşəkkürə də... Ümid işartısı dagörmüşəm, qaranlıq quyu da... Plov da yemişəm, şor-çörək də... Amma bütünhallarda mənfinin müsbəti üstələməsi məni çox ağrıdıb. Ən azından ona görə ki,haqq etmədiklərimi, qazanmadıqlarımı mənim çiynimə yükləyiblər, mənim üzüməvurublar. Bax, onda başa düşməyə çalışmışam. Çalışmışam ki, bunların nədəniniöyrənim. Lakin mümkün olmayıb. Beləcə,içimdəki Tanrı inancıyla hər kəsi Tanrıya tapşırıb yolumu davam etdirmişəm. Bugün də o yoldayam və bu yolu gedə-gedə də düşünürəm. Mən kimin haqqına əluzatdım, mən kimin payını qarşısından götürdüm... mən kimə xəyanət etdim? Varmıbu suallara görə mənə cavab vermək istəyən? Əgər yoxdusa, onda niyə elektron mediada, küncdə-bucaqda, qeybətlərdəadım hallanır, sözüm danışılır? Eh!!!


Mən ömür içindəömür əridib

Mən günün içindəgün kiridirəm...

Sevginin əlindəntutub yeridib -

Ölməyə qoymayıbqəm dirildirəm...


Siz dəyaxınlaşın təsəlli üçün

Məni hər çəkdiyimgün "ah"a bükün...

Sevməkdi günahımvallah, büsbütün-

Siz məni elə bugünaha bükün...


Həyat zərbələriqılıncdan da sərt

Urəyin tüstüsü ərşəucalır...

Deyəsən tamamdıkəsilən o şərt -

Qocalır Əbülfət,yaman qocalır...


Bəli, ilinsonunda aşağıdan üzü yuxarı bütün qurumlar, təşkilatlar hesabat verir. Mənə görə hər gecə əlini başının altında daraqlayıb göyüzünə hesabat verən insan ilin sonunda o hesabatlara nöqtə qoyur. Bu mənada mənkiçik bir arayış hazırlamışam Tanrıya hesabat üçün, sevdiklərimə hesabat üçün,sizlərə hesabat üçün. O hesabat da bundan ibarətdir ki, hətta umduğum və dilədiyim sevgiyə sahib ola bilməsəmdə, bu il sevgi dolu dörd kitabın müəllifi olmuşam. Onların biri Ankarada, biriTehranda, ikisi də Bakıda işıq üzü görüb. Qəribədir ki, umduğum, dilədiyimsevgini ala bilməsəm də, bu kitablardakı sevgi yerinə düşüb, üzü qara üstüməqayıtmayıb. Bundan başqa bu il qarğış və alqış dolu dualarla bir hədiyyə dəqazanmışam. 59 yaşımın ən böyük hədiyyəsini - ölkə prezidenti bir qrup həmkarımkimi mənə də ev verib. Hələ ki, qapısınıtanımadığım, açarına əlim toxunmadığı ev! Düşünə bilərsiniz ki, nədən buna cəhdetməmişəm. Cavab verə bilərəm. Ürəyimdən vuranların zərbəsi imkan verməyib. Həyatınamansızlığı mənim içimdə elə bir oyun oynayıb ki, hələ də o havanın nə adınıbilirəm, nə də onu içimdən çıxara bilirəm. Elə bil ki, əlimə götürdüyümoxşamaq, vəsf etmək istədiyim ən əziz, ən dəyərli, ən qiymətli bir varlıq, bircism əlimdən düşüb qırılıb. Onun şokunu yaşayıram. Və öz-özümə pıçıldayıram.


İçimdə həyatdonub

Solmuş ümidlərkimi...

Qonçəsi gözyaşıyla -

Dolmuş ümidlərkimi...


Kimdi solmuş güldərən

Dərib, gülügüldürən?!

Sonra da pərən-pərən-

Olmuş ümidlərkimi...


Gözlədiyim gəldibəd

Özün doğrultmadıvəd...

Uzaqda bir qırıqxətt -

Yolmuş, ümidlərkimi...


***

Hər sonun başlanğıcıvar deyiblər. Mən də 59-un qapısına bir kənddən yol alıb gəldim. Gələndə özümləgətirdiyim təkcə o kəndin halallığı, paklığı, havasının, suyunun dadı-tamı,abır-həyası, səmimiyyəti, adamlığı, bir az da özünəməxsus köntöylüyü idi. Bütünbu dediklərimi zaman-zaman xərcləyib axırına çıxdım. Halallığa mayası qarışıqqidaların, münasibətlərin təsiri özünü göstərməyə başladı. Adamlığa gördüyümsifətlərin diliylə içinin arasındakı ölçüsüz məsafə kölgə saldı. İnamını, inancını dillərin altındakı çöp üyütdü,kobudluğunu şəhər rəndələdi. Elə bir qəlibə saldı ki, onun içərisində ancaq düşünmək və işləmək imkanı qazanabildim. Kiminsə sözünə, kiminsə ərkəsöyünlüyünə kənddəki kimi cod, dərhal,bacardığım kimi reaksiya vermək əvəzinə, mülayim, yolaverən bir şəkildə fikirsöylədim, münasibət bildirdim. Və bir də gördüm ki, nə kənd adamı kimi kəndadamıyam, nə də şəhər adamı kimi şəhər adamı. Burda kəndimin işğal olunması da öz sözünü dedi, öztəsirini göstərdi...

Mən düşünə-düşünə,işləyə-işləyə çiynimdə daşıdığım bütün yüklərin ağırlığına dözməyə, onu mənzilbaşınaçatdırmağa çalışdım. Amma birmənalı şəkildə deyə bilmərəm ki, bütün bunlar istədiyimkimi oldu və yaxud da istənilən kimi yerinə yetirildi. Yox, büdrəmələr, bir azda əlavə təzyiqlər və badalaqlar yolumun üstündən çəkilmədi. Elə bil ki, qəsdənqaratikan kolları əkirdilər yolumun üstündə. Ondan keçməyi, onların açdığıyaraları yaşamağı öyrənmək üçün... bəlkədə bu hardasa məni güclü etmək, inamlıetmək üçündü... bəlkə də yıxmaq üçün, yıxılmaq üçün... amma hər nə idisə, səfalıbir cəza idi, şəfalı deyildi... Mənim üçün şəfalı olan məni sevməyənlərin qəbuletmədikləri idi. Ona görə də hər birvasitədən istifadə edib mütləq ürəyimə xal salmağı, yara vurmağı qarşılarına məqsədqoymuşdular. Və zaman da göstərdi ki, onlar istəklərinə çatıblar və çatırlar. Mənisə hələ də düşünürəm, özü də yalnız səni.


Gecəni gözlətdimqapı dalında

Sönmədi işığım səhərəqədər...

Ömür vərəqlədimmən xəyalımda -

O kənddən gəldiyimşəhərə qədər!..


Nidalardaha çox, nöqtələr də var

Qəddimdə bükülüb bəzən vergül tək...

Alnıma sıxılan səssizsuallar -

Səni dəlib keçibay qoca ürək!..


Xərclənən ömürdəqazancım kədər

Kölgəm iynəboyda, səsimsə pəstə...

Kimsə ucaltmayıbməni sən qədər -

Sən qədər kimsədə durmayıb qəsdə!..


Qapı arxasındaqalan gecəmi

Özünü yetirən səhərkiridər...

Gedim salamlayımsizin küçəni -

Bəlkə məni ordakədər kiridər!..


Beləcə, bütünolanlara və olmuşlara baxmayaraq, gəlibilin son yazısını yazmaq məqamına çatdıq. Nə qədər istədim ki, içimdə birbayram ovqatı yaradım. Sağımda, solumda, eləcə də ailəmdə və içimdə olan hər kəsəbaxdım. Kimsənin üzündə təbəssüm görmədim. Hamı ancaq nəyi necə etmək barəsindədüşünürdü. Hətta indi yaşlarından çox böyük olan uşaqların da münasibətlərindəbayram cizgilərini tapa bilmədim. Və 4 yaşlı nəvəm soruşanda ki, baba, qardanheç qız olar? Öncə təəccübləndim. Sonra nağıl dilində izah etməyə çalışdım. Vəaxırda deyəndə ki, göydən üç alma düşdü, üzümə baxdı. Elə güldü ki, hələ də səsiqulaqlarımdadı. Gülə-gülə də dedi:

- Baba, mənlə məzələnirsən,hanı almalar? Bax, məni aldatdın, indi dur get mənə alma al!

...Bu bir gerçəkdetal idi. Mən bunu sözgəlişi yazmadım, məqsədli yazdım, bilərəkdən bilgisayaradiktə etdim. İstədim görüm bu bilgisayar otağındakıların heç olmasa bu bayramlabağlı dillərinə ümidli bir söz, fikir gələcək? Amma onlar da susdular. Deyəsənonlar da artıq göydən alma düşmədiyinə yüz faiz əmindilər. Bircə hər şeyəreaksiya verən Gülər xanımdan başqa. Gülər xanım deyir ki, göydəki alma bağınınartıq sahibi var. İcazə vermir ki, yerə bir dənə də alma düşsün.

Bu heç də yeniil zarafatı deyil. Axı, bu dünyada hər şeyin bir sahibi var, noolsun ki, göydədi?!Harda olur-olsun, mütləq hər şeyə sahib tapılır! Bircə mənim xəyallarımın,arzularımın, yuxularımın arxasınca düşüb ətəyindən tuta bilmədiyim sahibindənbaşqa. Onun məndən qaçması məni sona yaxınlaşdırır, təkcə ilin sonuna yox! Vəona görə də elə bu il üçün, bu an üçün gec də olsa etiraf etmək istəyirəm:


Bir az gecikdimmən bu etirafda

Amma gec olsada, pıçıldayacam...

Mənə yer olmadı,heç bu ətrafda -

Torpağın altındapuçurlayacam...


Sevgim artıqoldu aşdı ölçünü

O da ləçək-ləçəksaraldı, qopdu...

Saxlaya bilmədimxəyal köçünü -

Onun da ruhuna"əlvida" hopdu.


Atdığım addımda, dediyim söz də

Döndü gözyaşına, döndü tənəyə...

Mənim içimdəkidözüm də, döz də -

Adım tək yükoldu dilə, çənəyə...


Gerçək olanlarısusub dinləmək

Nə qədər çətindiçəkənlər bilir...

Nədir öz içinididib inləmək?

Bunu da içindənçökənlər bilir...


Bir az geçikdimmən bu etirafda

Batan gəmi kimiizim yuyulur...

Durub su axtarmaheç bu ətrafda -

Kirpiyimdəndamır - üzüm yuyulur...


Bəli, sevdiyim qədərsevilə bilmədiyim, duyduğum qədər duyula bilmədiyim, amma hələki yaşadığım bu həyatdabir ilin də nöqtəsini qoyuram, təbii ki, iki gün öncə. Bax, ilin o iki gününə söz verə bilmirəm, onlar nöqtəninaltına düşəcək, yoxsa yox! Mən özüm isə həyatımın nöqtəsinin altına doğruyeriyirəm. Siz salamat qalın!


TƏQVİM / ARXİV