adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Dekabr 2017 13:14
15863
SİYASƏT
A- A+

“Azərbaycanla Gürcüstan arasında müttəfiqliyi pozmaq istəyirlər”

"Azərbaycan ən çətin vaxtlarda Gürcüstana kömək edib. Ola bilər, kimlərsə bu müttəfiqliyi pozmaq istəyirlər”.

Bunu Milli Məclisin iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O bildirib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna bununla bağlı tapşırıq veriləcək: "Məsələ araşdırılmalıdır”.

Qeyd edək ki, iclasda deputat Rasim MusabəyovGürcüstanla Ermənistan arasında nəqliyyat dəhlizinin yaradılması təklifinə etirazını bildirib.

Xatırladaq ki, Gürcüstanın baş nazir Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər. Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifinii sərt tənqid edib.