adalet.az header logo
  • Bakı 13°C
29 Dekabr 2017 13:11
18381
MƏMLƏKƏT
A- A+

Zər atıram, fala baxıram !

Yeni il insanlara yeni ümidlər gətirir. Hər kəs bu bayram ərəfəsində yeni ildən bir başlanğıc, bir yenilik umur. Kim Yeni il süfrəsi üçün müxtəlif təamlar hazırlayır, kim yaxınlarına bayram hədiyyələri alır, kim isə "əsas" işlə - qarşıdan gələn ilin qoroskopunu oxuyur. Bəs, ümumiyyətlə paytaxt əhli qoroskopa inanırmı ?

Rəyi öyrənilmiş Bakı sakinlərinin beşdə biri (21 %) qoroskopa inandığını bildirib. "Qoroskop əhli"nin fikrincə ən yaxşı bürclər balıqlar (11 %), tərəzi (10 %) və dolçadır (9 %).

Ən sevilməyən bürclər sıralamasında "liderlər" əqrəb və əkizlərdir (hər biri 9 %). Balıqlar "sevilməyənlər" arasında ikincidilər (5 %). Qoç, qız və tərəziləri də bəyənməyənlər çoxdur (hər biri 4 %).

Əksər bayramlarda olduğu kimi Yeni ildə də müxtəlif fal adətləri yerinə yetirilir. Paytaxt əhlinin böyük əksəriyyəti (85 %) isə ümumiyyətlə heç biri fala və maqiyaya inanmadığını bildirir.

Qoy bu bayram fala, magiyaya inanmağından asılı olmayaraq hər kəsin evinə möcüzə gətirsin, yeni ilinə sehr qatsın. Bayramınız mübarək !