Faiq QİSMƏTOĞLU: VƏ BİR DƏ…

FAİQ QİSMƏTOĞLU
61866 | 2017-12-29 13:07

… Yazının mövzusunuistedadlı şair-publisist Oğuz Ayvazın qəzetimizin bir neçə gün bundan əvvəlki nömrələrininbirdə çap edilmiş «Velosiped oğruları» adlı yazısından götürmüşəm. İdeyanı təbii ki, gənc yazarın mövzusundan almasaydım,bu yazı da yazılmazdı. Biz istedadlı gənclərdən də yeri düşəndə çox şeyi öyrənməliyik.Yoxsa mənəm-mənəmliklə burnunu yuxarıya tutub özündənrazı olmaqla heç vaxt irəliyəaddımlamaq mümkün deyil...

Axı, velosipeddəndanışırdıq. Bu velosiped də elə bir şeydi ki, hamının uşaqlığında arzuladığı birəyləncədi. Heç də bu velosiped uşaqlıqda hər adama qismət olmur. Mənim də ən böyükarzum velosipedim olmaq idi. Atamın da imkanılap yaxşıydı. Yəni kənddə bir-ikiimkanlı adam varıydısa, onun biri də elə mənim atamıydı. O qədər yalvarırdım ki, mənə velosiped alsın, kişidə velosiped almırdı ki, almırdı…

Bəhmənlidə velosipediolan tay-tuşlarımız çoxuydu: Tubunun oğlu Dilavər, Marşal, Həmzə və bir də Niyaz.Onlar gələrdilər bizim evin yaxınlığındakı zastavanın yanına, ordan qoşulardılarbir-birinə, çıxardılar Bəhmənlinin asfalt yoluna. Və ordan da düz Aşağı Yağlıvəndəqədər gedərdilər. Və bəzən də Aşağı Yağlıvənddən keçib Kərimbəyliyə, Babıya, Araytılıya,ordan da Horadizə çıxardılar. Qayıdanda da deyərdilər ki, Horadizə getmişdik, Əbdülünyeməkxanasında qırmızı borş yedik. Və biz də həmişə bu qırmızı borşu həvəslə yeyərdik.Gözləyərdik ki, Horadizə nə vaxt gedəcəyik, orda da o qırmızı borşdan doyunca yeyəcəyik.Düzdü, nənəmiz də, anamız da borş bişirərdi.Ancaq Əbdülün bişirdiyi borş kimi qırmızı və dadlı olmazdı. Bir dəfə də qardaşımali məktəbə qəbul olanda anam mənə şirinlik on manat pul vermişdi. Mən də dostlarımdan birini götürüb getdim Horadizə. Əbdülün yeməkxanasındaəvvəlcə qırmızı borş, sonra da kabab yedik. Hələ də yediyimiz o borşun və o kababındadı damağımızdan getməyib.

… Yağışlı havadavelosiped sürməyin özgə bir ləzzəti vardı. Çünki bu yağışlı havada velosipedin üstündəadam özünü hansısa bahalı maşının sükanı arxasındakı kimi hiss eləyərdi. Və həmişədə velosipedi olan uşaqlara qibtə ilə baxardıq. Bir gün də Marşal velosipedi iləgəlmişdi «şirəlik» deyilən yerdəki futbol stadionuna. Dedi ki, dədən sənə velosipedalmır, canın sağ olsun! Elə bil ki, bu velosiped sənin özünündü. Götür, ürəyin istədiyiqədər sür! Mən də o velosipedi şirəliyin bu başından o başına qədər on-on beş dəqiqəsürdüm, sonra yorulub tərlədim. Başqa uşaqlardan fərqli olaraq, Marşal velosipediadama pulsuz verərdi. Amma o biri uşaqlarəlli qəpik, bir manat alıb velosipedi bizəsürmək üçün verərdilər...

Allah Tubunun oğluDilavərə rəhmət eləsin! Bir il bundan qabaq dünyasını dəyişib. Onun özüylə və qardaşıTubunun oğlu Yavərlə o qədər yoldaşlıq eləmişik ki. Bir dəfə Yavər Banişevskinisöydü, mən də onu saldım təpiyimin altına, eşşək sudan gələnə qədər çırpdım ağzı-burnuqan oldu. Dedi ki, məni niyə döyürsən? Dilləndim ki, ayə, bəs bilmirsən, Banişevskimənim əmimdi. Biz Banişevski ilə o qədər fəxr edirdik ki, onu doğmalarımızdan çoxistəyirdik. Hətta mən də Bəhmənlinin yığma komandasında 9 nömrə oynayırdım. Və mənədə balaca Banişevski deyirdilər. Çünki topun çoxunu qapıdan başla keçirirdim. VaqifBəhmənli də rəqib komandanın qapıçısıydı. Deyirdi ki, bu Banişevskinin ayağı iləvurduğu topun hamısını qaytara bilirəm, ancaq başı ilə vurduğu topu tutmağı bacarmıram…

Bir gün Tubunun oğluDilavər velosipedi ilə Bəhmənlinin üstündəki pambıq məntəqəsinin yanından kəndəsarı gəlirdi. Məni də görüb, dedi ki, niyə piyada gedirsən? Əlli qəpik ver, velosipedisür, mən də oturum arxada! Və əlli qəpiyi verib velosipedin sükanı arxasına əyləşdim.Bir xeyli getdik, Abbasın oğlu Mürsəlgilin evinə çatmamış, atam rəhmətlik maşınlagələndə velosiped sürdüyümü gördü. O da demişdi ki, sənin velosiped sürdüyünü görsəm,qabırğalarını sındıracam! Qorxu məni bürüdü və Abbasın oğlu Mürsəlgilin evinin yanındavelosipeddən düşdüm. Bu vaxt Seyid Əli Ağanın oğlu Mirəziz mənə yaxınlaşdı. Dediki, evimizə gedirəm, gəl sizin qapıdan keçib kəsə yolla evimizə çıxım. Mən də onugötürüb darvazadan həyətə girdik. Və bu vaxt bizim Layka adlı itimiz Mirəzizi görübona hücum çəkdi. Gördüm ki, it onu tutacaq, özümü qabağa atdım və Layka mənim baldırımdanyapışdı. Beləcə, Mirəzizi Laykadan xilas etdim. Amma özüm al-qana batdım. Bundan sevindim. Dedim ki,atam bilsə ki, məni it tutub, buna görə danlamayacaq. Heç atam bizim birimizə dəbir şillə vurmamışdı. Zəhmindən elə qorxurduq ki, bir dəfə baxanda o dünyanı görübgəlirdik. Yaranın yeri vecimə deyildi. Atamın zəhmi məni qorxudurdu. Kişi də gəldi,mənə necə baxdısa, qorxumdan sarımı uddum. Və bir dəfə başını buladı. Elə bu mənəbəs elədi. Və bir daha velosipedə həvəs göstərmədim...

Bizim qapımızda Sovetdövründə 4-5 maşın vardı. Və o maşının heç biri də atamın adına deyildi. Biri dayımınadınaydı, biri əmimin, biri dayımın bacısı oğlunun, biri də əmisi nəvəsinin… Ancaqmənim heç vaxt maşın sürməyə həvəsim olmadı. Və bu gün də heç maşın sürməyə, sükanarxasında əyləşməyə həvəsim yoxdu. Hərçənd ki, yol hərəkəti qaydalarını maşın sürənlərdənyaxşı bilirəm. Ancaq neyləmək olar ki, maşına həvəsim qalmayıb.

Oğlum Emil də uşaqvaxtı velosiped istədi. Dedim ki, atam mənə velosiped almayıb, mən də sənə velosipedalmayacam və almadım da. Tay o da bir şey demədi. Elə hərdən bir deyir ki, atanınacığını məndən çıxdın və velosiped almadın. Deyirəm ki, velosiped istəmirsən, maşınalım…

Bizim ev zastavanınyanında yerləşirdi. Daha doğrusu, evimiz zastava ilə qonşuydu. Zastavanın da naçalnikiPoznakov idi. Atamla möhkəm dostuydular.Poznakovun arvadı Tatyana kənd xəstəxanasındahəkim işləyirdi. Oğlu Tolik və qızı Lena bizimlə dostluq eləyirdi. Bir gün Tolikinad günüydü və atam da ona bir hədiyyə almışdı. Hədiyyəyə baxdım. Çox xoşum gəldi:ətir, müxtəlif oyuncaqlar və bir də sarı mayka…

Bax, bu sarı maykamənim yaralı yermi idi. Çünki zastavadakıəsgərlərlə biz futbol oynayanda onlar hamısısarı mayka geyinərdilər. Və düşünürüdüm ki, sarı mayka geyinəndə adam daha yaxşıfutbol oynaya bilər. Sarı mayka geyinən əsgərlər çox vaxt bizi udurdular. O komandadabir qapıçı vardı; Odessadan gəlmişdi, adı da Puşkin idi. Onun qapısından top keçirmək hər futbolçunun işi deyildi.Amma mən başımla onun qoruduğu qapıdan üç qol vurmuşdum. On dəfə onlar qalib gəlmişdi,bir dəfə biz üç sıfır onları udmuşduq. Atama nə qədər dedim, mənə sarı mayka almadıki, almadı. Elə o vaxtdan sarı maykanın və velosipedin havası beynimdən çıxmayıb…

… Heç bir uşağınuşaqlığını əlindən almaq olmaz. Bir film var, adı yadımdan çıxıb. Amma orda o uşaqböyüyür, yekə kişi olur və yekə kişi olanda atası almadığı velosipedi alıb sürür.Atası aparmadığı yerlərə gedir və orda karusellərə oturub o ki, var fırlanır. Oqədər fırlanır-fırlanır ki, axırda yorulub yıxılır. Bax, beləcə, mən də bu yazınıOğuz Ayvazın mövzusundan bəhrələnib qələməaldım və bir daha velosipedsiz, sarı maykasız, atalı günlərimə qayıtdım…


TƏQVİM / ARXİV