adalet.az header logo
  • Bakı 19°C
29 Dekabr 2017 12:11
27077
MARAQLI
A- A+

5 yaşında dünyaya uşaq gətirən qadın

And dağlarının ətəklərində kasıb bir ailənin 5 yaşlı qızı Lina Medinanın qarnı və sinsəsi sürətlə böyüməyə başlayır. Kiçik qızın anası, onun mədəsində bir şiş olmasından şübhələnib onu xəstəxanaya aparır. İnsanları heyrətə gətirən hadisəsin əsas səbəbi isə xəstəxanada bilinir.

Üstündən 76 il keçməsinə baxmayaraq hadisə hələ də müzakirə olunur ...

İnsanları heyrətə gətirən hadisə yenidən müzakirə olunmağa başlandı. Balaca Lina 5 yaşında dünyaya uşaq gətirir, "dünyanın ən kiçik anası" oldu və elm dünyasını təəccübləndirir.

Kiçik qızın anası uşağın qarnında şiş olmasından şübhələnsə də, müayinədə kiçik qızın mədəsin də bir şiş olmadığı, 7.5 aylıq körpə olduğu məlum olur.


Özü də hələ uşaq olan Lina 14 may 1939-cu ildə 2 kilo 700 qram ağırlığında oğlan uşağı dünyaya gətirir və adını doğum həkimi olan Gerardo Lozadanın adını verir. Amma o öz uşağıyla yox uşaq kuklasıyla oynamağa davam edir.

Hadisə ilə bağlı araşdırma başladılır, Linanın atası polislər tərəfindən nəzarətə götürülür. Ancaq yetərincə dəlil olmadığı üçün ona cəza verilmir. Öz anasını 10 yaşına kimi bacısı zənn edən Lozada 40 yaşında sümük xərçəngindən dünyasını dəyişir. Lina isə 38 yaşında ailə qurur və yenidən ana olur. Bir çox insanlar həm hadisəyə, həm də şəkillərə inanmasa da həkimlər deyir ki, "5 yaşında ərgənlik çox nadir hallarda aşkarlanır, bu vəziyətin doğumla nəticələnməsi, üstəlik də sağlam doğumla, bu isə artıq möcüzədir. Bəzi həkimlər isə Linanın qarnında qalan əkiz qardaşını doğması fikrindədirlər.