Əbülfət MƏDƏTOĞLU: ÜÇ MƏKTUBUN ƏKS-SƏDASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
176122 | 2017-12-29 10:43

Hər kəsinbir xatirə dünyası var, bir yaddaş kartı var… Və hər kəs də o yaddaşdünyasının, o yaddaş kartının açar sözünü özü bilir… özü ürəyində, ağlındasaxlayır… onu hər kəsə etibar etmir və hər kəsə də vermir. Bu, eqoistlik deyil.Bu, sadəcə olaraq, özəl olanın bir instinktlə qorunmasıdı. Və insanlar da öz instinktlərinə etibar edirlər, güvənirlər…

Mənimyaşıdlarımın həmin o yaddaş kartının, həmin xatirə dünyasının nişanələrindənbiri məktudu. Doğrudur, indi də məktub var və onu yazırlar da. Amma inanın ki, həmin məktubların həniri, ətri,yaratdığı ovqat, yaşatdığı duyğular indi yoxdu məktublarda. Çünki indiki məktublardaha çox idarə-müəssisə arasında, qurumlar çevrəsində hərəkətdə olur. Digər qəbildənolan məktublar da elektron versiyaya keçir. Hətta sevənlər də bir-birinə hazırməktublar göndərirlər, məktublar yazırlar. Ona görə də qaçıb məktublarındadı-tamı. Yaman dadsızlaşıb məktublar…

Hə,bizim illərin uşaqları məktubları çox sevirdilər. O məktublar əsgərlikdə olandoğmalarımıza yazılırdı… o məktublar sevdiyimiz qızlara yazılırdı… o məktublarredaksiyalara, əsərini oxuyub bəyəndiyimiz yazarlara və bir də özümüzdən -özümüzəyazılırdı. Axırıncıları söz adamları olacaq tək-tək istedadlar, hamımızdan fərqlənənləryazırdılar…

Bizimillərdə əsər qəhrəmanlarına da, ideallarımıza da məktublar yazılırdı. Şəxsən məno illərin ən sevilən əsərlərindən biri olan «Polad necə bərkidi»nin qəhrəmanı Pavel Korçaqinə və bir də Cəlil Məmmədquluzadənin «Poçt qutusu» hekayəsininqəhrəmanına özəl bir münasibət var idi. Bu iki bir-birindən fərqli qəhrəman mənihəmişə düşündürürdü. Biri əzmkarlığıyla, biri sadəlövhlüyü, paklığıyla. Vədünyada bu cür insanların olmasına hardasa həm yüzə-yüz inanırdım, həm də içimdəonlara yüzə-yüz qibtə edirdim. Məqsədə çatmaq üçün, ideya uğrunda hər şeydənkeçməyə hazır bir insan və bir də göz yaşından da dupduru bir əxlaq sahibi!..

Bütünbunları yazmağa başlayanda mən əlimin altındakı kitabı təkrar götürdüm. Və təkrarbir də vərəqlədim. Çünki söhbət məktubdan gedirdi. Və kitabın içərisindəki üç məktubməni bu yazıya kökləmişdi. O məktublar kefli İsgəndərə yazılıb. O İsgəndərə ki,onu Azərbaycan xalqına, Azərbaycan ədəbi məkanına, söz dünyasına böyük Mirzə Cəliltəqdim edib. Və böyük Mirzə Cəlilin kefli İsgəndərinə məktub yazmaq o qədər də asaniş deyil. O məktubu yazanda mütləq kefliİsgəndəri gətirib saxlamalısan gözünün qarşısında. Onun hər bir hərəkətini, hərbir jestini, hər bir sözünü yaddaşında təzələməlisən ki, kefli İsgəndərin sənə,yəni məktubuna nə cavab verəcəyini özün özlüyündə artıq bilmiş, duymuş, eşitmişolasan. Əks halda, o məktub havada qalacaq. Bəlkə də heç gedib kefli İsgəndərinünvanına çatmayacaqdı. Bax, oxuduğum üç məktubun müəllifi mənim zənnimcə, kefliİsgəndərin bütün durumunu mükəmməl bildiyindən ona öz məktubunu ürəkləünvanlayıb və yazıb ki:

Sənkeflisən, qardaş,

düz, ya əyri,

nə desən,inanan tapılmaz.

Mənə de,bildiklərini,

tək çəkməbu millətin dərdini,

dərdinibilən olmaz.

Bir də,

bu dərdköhnə dərddi,

sağalmaz.

Bəli,şeiri bu hissəyə qədər oxuyub, dayanıb və öz-özümə düşünürəm:

- Müəllifiki məqamı elə məktubun girişində çıxarıb önə. Və birbaşa qəhrəmanına deyib ki,sən keflisən! Bunun ardınca da onun kefli olmasının səbəbini rahat bir şəkildəaçıqlayıb. Əyri, ya düz, nə desən inanan olmayacaq. Çünki sən keflisən! Həmçininsənin kefli olmağının səbəbi qəbul etdiyin alkoqol deyil. Sənin kefli olmağının səbəbi başına çəkib içdiyinmillətin dərdidi. Sən dərdin keflisisən! Dərdin keflisi olanı isə kimsə dəyərləndirmir.Ona görə ki, bu dərd qaim-qədimdi, köhnədi, biz ona alışmışıq. Bax, sonuncu fikir müəllifin qabartdığı ikinci məqamdır. Keflilik, özü də dərddənqaynaqlanan keflilik və sağalmaz dərd.


Beləbaxanda kefli adam və sağalmaz dərd üstündə köklənən birisinə üz tutmaq, ondanağıllı hansısa cavabı almaq absurd görünə bilər. Amma müəllif fikrindəisrarlıdı, məktubu davam etdirir. Və kefli İsgəndərə xatırladır ki, onun kefliolmasında «payı» olan Xudayar bəy bu gündə yaşayır. Sadəcə, cildini dəyişib. Onda kəndxudaydı, indi milyonerdi. Bax,onda əlifbanı öyrənə bilməyən Xudayar bəy indihəmin o milyonların hesabına kitab yazdırıb, professor olub. Sən isə çəkdiyindərdin dərmanını tapa bilməmisən. Ona görə ki, köhnə dərd sağalmır. Onunsağalması üçün şeyx nəsrullahlar aradan qalxmalıdır. Təəssüf ki, bu həyat daşeyx nəsrullahların üzünə qapını açıb. Onda kənd-kənd gəzib ölü dirildən, indişəhərin mərkəzində ofis açıb pul dirildir. Üstəlik, kimlərinsə özəl həyatını daöz nəzər bucağı altında saxlamağı bacarır. Və bu da bir tərəfdən dərdinsağalmasına imkan vermir. Müəllif kefli İsgəndərə yazır ki, hətta Məmmədhəsən əmininoğlu da artıq irəli gedib. O, ərəb dili əvəzinə ingilis dili öyrənib. Və müəllifkefli İsgəndərin tanıdığı teleqrafçı Baxşəlini də yaddan çıxarmayıb. Onun dacildini necə dəyişdiyini misralayıb. Və nəhayət, bütün bu dediklərimin sonundaməktubu yazmağın özəl məqsədini dilə gətirib. Deyib ki:

Bax,

Dərd eləköhnə dərddi,

ANLAMAQdərdi.

Sən çoxfikir eləmə.

Bir də,bacın qurban,

tay içmə…

Mənşeirin bu yerində, yəni birinci məktubun sonunda hiss etdim ki, bu sonluq tam səmimidi.Bütünlüklə içdən gəlir. Adətən ailədə hər kəs öz yaxınına, öz əzizinə bu cür səmimişəkildə bir məsləhət verir. Deyir ki, nə olar, tay içmə, canına heyfin gəlsin!Elə müəllif də kefli İsgəndərə bunu deyib. Üstəlik, onu da əlavə edib ki, DƏRDKÖHNƏ DƏRDDİR!

Bu daikinci məktub. Bütün məktublar salamla başladığı kimi, burda da həmin o mənzərəoxucu üçün poetik bir ovqatla sərgilənir. Və misralar özü öz səsində danışmağa,özünü eşitdirməyə başlayır.

Salam,qardaş!

Yenə nəsıxıntın var?

Yuxumdaelə qəmliydin ki,

Elə bilgəmilərin batıb.

Sənədemişdim axı,

Çoxfikir eləmə,

Özünüqoru.

İnfarktyaman çoxalıb.

Səmimi,içdən gələn doğmalığa söykənən bir məktubun başlanğıcı. Bu cür məktubları adətənən yaxın, ən doğma kəslərə yazmışıq. Müəllif də kefli İsgəndərə bax, beləcə birməktubla üz tutur. Özünün gördüyü yuxudan başqa, həm də cəmiyyətdə getdikcəartan bir təhlükəni də diqqətində saxlayır, onu da İsgəndərin qulağına çatdırır:

- İnfarktyaman çoxalıb...

Bəli, bubelədir. Və bunun qarşını almaq üçün mütləq müəyyən işlər görülməlidir. Ammaneyləyəsən ki, həmin o xudayar bəylər öz əməllərindən qalmırlar. Köhnə dünyadanözləri ilə gətirdikləri əxlaqı bu dünyada da işə keçirirlər. Üstəlik, əməllərinədövləti də qatırlar. Bax, məsələnin qorxulu, düşündürücü məqamı da eləburasıdı. Yəni cinayətkar dövlətə özünü şərik sayır. Bir az da qabağa gedibdini də, «müasirləşdirir». Onun damarına bir Avropa əxlaqı qatır. Xudayar bəy də,şeyx Nəsrullah da, hətta Hacı Baxşəli də əməllərinin qanuni olduğunu, özlərininmüasirliyin davamçısı imicini ortaya qoyurlar.Cəmiyyət də onların əməllərini seyr edir. Hətta bəzən bunun köhnə dərd olduğuna istinad edibyoldan çəkinməyə, özlərinə sığınmağa üstünlük verirlər. Məktubun bir yerindəvurğulanır ki:

Bir sözdeyəcəm,

ammagülmə!

Deyirlər,o gün pirdə

o kəndinqadınları

nəzirpaylayıb

duaedirlərmiş:

«Allah,balalarımız yazıqdı»,

bizim kişilərə bir də

çox pulvermə».

İndi yəqinki, sizin də dodağınız qaçdı. Axı, «Gülmə!» deyib müəllif. Amma biz gülürük.Çünki gülməli durumdu və biz bu gülməli mənzərənin içərisindəyik. Sadəcə, ona hərbirimiz içimizdə deyirdik, içimizdə gülürdük. Müəllif isə konkret misralarla,özü də birbaşa bizə kefli İsgəndərə göndərdiyi məktub vasitəsilə deyir ki,«Gülməyin!»


Bu isəüçüncü məktub. Yenə bütün məktublardaolduğu kimi, burda da qaydalara əməlolunur. Qardaşın əhvalı soruşulur vəonun göz önündə olması istəyi dilə gətirilir. Və ərkyana bir şəkildə qardaşın sirrsaxlamadığı, həmişə gördüyünü, eşitdiyini, bildiyini açıq ifadə etdiyini onun«bostanına daş atmaq»la diqqətinə çatdırılır. Və vurğulanır ki:

Sən dəheç sirr verməli deyilsən,

ya ürəyinə salıb fikir eləyirsən,

ya da içəndəaçıb hamıya deyirsən.

Bu durumunözü də bir mənzərədi, bir cizgidi. Adətən içənlər, sərxoş olanlar sirr düyüncələrinielə rahatlıqla açırlar ki, onların bütün bilgiləri tökülüb qalır ayaq altında.Bax, müəllif də kefli İsgəndərə həmin məqamı andırır. Üstəlik, bu məqamdanyapışıb ondan razılıq da almağa çalışır ki, heç olmasa söyləyəcəyi sirləri özyaddaşında saxlasın, kimlərəsə deməsin.

Mənüçüncü məktubun bu məqamında düşünmüşdüm ki, müəllif nostalji olan duyğularasöykənərək fikrini kefli İsgəndərin obrazında bütövləşdirməyə, yəni qəhrəmanınınvasitəsilə mövcud olan nöqsanları aradanqaldırmaq barədə konkret bir status ortaya qoyacaq. Amma müəllif elə həssasfikri misralayır ki, onda düşünməli olursan. Sən demə, həyatın ironiyası olan«millətin dərdi» təkcə kefli İsgəndərin dərdi deyil. O həm də millətin qızınındərdidi. Ona görə ki, o da o dərdlərin təsirini,təzyiqi yaşamağa, görməyə və onu sözə çevirməyəköklənib. Ona görə də onun söylədikləri, səsləndirdikləri daha kefli İsgəndərinfikri kimi, sözü kimi qulaqardına vurulmur. Əksinə, onun özünün üzünə deyilir,onun özünə irad kimi tutulur. Bax, millətin qızının yazdığı həmin dərdlər, yəniməktubda dilə gətirilənlər arxada qalan illərə «əlvida» demir. Əksinə, o illərindərd yükü formasını dəyişmiş halda bu illərə də gəlib çıxır. O dərdlərdənqurtulmaq üçün isə ya hamılıqca kefli İsgəndər olmaq, ya da hamılıqca dərdinüstünə getmək lazımdır. Çox təəssüfki, müəllifin söylədiyi məntiq daha gerçək,daha dürüstdü. Müəllif yazır ki:

Görürsən,qardaş,

mən dərddən yaza-yaza

kimsə dəmənim dərdimi çəkirmiş.

Bəli, müəllifindediyi «mənim dərdimiçəkirmiş!» fikri əslində dərd çəkmək yox, hardasa millətqızının tərəqqisinə, ziyalılığına, irəli getməsinə, millət üçün yanmasınapaxıllıqdan, gözü götürməməzlikdən yorulmuş bir DƏRD! Əgər buna dərd kimibaxsaq, əslində bu, bizim özümüzün də gerçəyə qara eynəklə baxdığımızı göstərəcək.Çünki uğuru dərd hesab etmək kefli İsgəndərin daş-qalaq olmasını istəyənlərindüşüncəsinin məhsuludur!..

Mən hörmətliSona Vəliyevanın «Qardaşım kefli İsgəndərə… məktub» adlı üç şeiri əsasındayazdığım bu fikirləri günümüzün reallığından doğan məqamların mənə diktəsihesab edirəm.


TƏQVİM / ARXİV