adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Dekabr 2017 16:15
20575
MARAQLI
A- A+

“Gələcəyin şəhəri” qurulur

Çinin paytaxtı Pekindən 100 kilometr aralıda "gələcəyin şəhəri” qurulacaq.

Adalet.az xəbər verir ki, ölkənin aparıcı şirkətlərindən biri olan "Baidu" tərəfindən hazırlanan layihə üçün artıq xüsusi komanda yaradılıb.

Şəhərin tikintisində istifadə ediləcək süni intellekt texnologiyaları ilə əlaqədar sınaqların yoxlanılması üçün test meydançası olaraq "Xiongan New Area” seçilib. Genişmiqyaslı şəhərsalma layihəsinin əsas məqsədi hazırda ölkənin ən çox əhali sayına malik şəhərlərindən biri olan Pekinin boşaldılması ilə əlaqəlidir. Yeni salınacaq şəhər ekoloji təmiz və texnologiya baxımından son dərəcə inkişaf etmiş şəhər olacaq. Şəhərin bir çox obyektləri və kommunikasiya sistemi süni intellekt imkanlarına malik xüsusi neyroşəbəkə vasitəsilə idarə olunacaq.

İlkin olaraq, şəhərin sahəsinin 100 kv kilometrlik ərazini əhatə edəcəyi bildirilib. İkinci mərhələdə layihə ərazisinin 2 min kv kilometrə qədər də genişləndiriləcəyi planlaşdırılır. Mütəxəssislərin hesablamalarına görə, müasir infrastruktura malik olacaq səhərdə nə az, nə çox, düz 2-3 milyona yaxın insan yerləşdirilə bilər.