ANA SƏHİFƏ / Layihə

BAŞI DUMANLI ŞƏHƏR

3470    |   2017-12-28 00:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Tariximi vərəqlədikcə onun hər səhifəsində müəyyən hadisələrin, müəyyən gerçəkliklərin və ən vacibi isə bizi özümüzə və dünyaya təqdim edən real faktların şahidi oluruq. Bax, bu mənada bu gün Azərbaycanın zorla cəlb olunduğu müharibənin tarixinə nəzər salsaq, onda həmin tarixin bizə verdiyi bilgilər gerçəkliyin özü kimi köməyimizə çatır.
Yəni söhbət Qarabağın dağlıq hissəsindən gedəndə onda birmənalı şəkildə məlum olur ki, bu, Azərbaycanın böyük ərazisinin bir paçrasıdır. Hətta coğrafiya xəritəsini gözümüz önünə gətirsək, böyük Azərbaycanın tam ortasında yerləşən bir hissədir. Və sadəcə bir təbii prosesin tərkib hissəsi olaraq həmin ərazi Qarabağın aran hisəsindən fərqli olaraq yüksəklikdə, dağlıq bir ərazidə özünü ifadə edibdi. Və bununla da Qarabağıq dağlıq hisəsi aran hissəsindən fərqlənib. Sadəcə, coğrafi bir bölgə olmaqla. Dağlıq və düzənlik hissələr özü-özlüyündə həmin o vurğuladığımız böyük Azərbaycanın bir parçasıdır. Tarixə nəzər salanda, onu da öyrənirik ki, Sovet İttifaqı yaranandan sonra, yəni oktyabr inqilabının təntənəsi olaraq 1923-cu ildə həmin bu ərazi Dağlıq Qarabağ Muxtar Vilayəti üçün rəsmiləşdirilib və Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtariyyat statuslu əraziyə çevrilibdi. Həmin rəsmi sənədlə və xüsusilə də ermənilərin və Sovet İttifaqını idarə edən ermənipərəstlərin, bir də Rusiyanın Qafqazdakı maraqlarının müdafiəçilərinin təşəbbüsü ilə rəsmiləşən bu sənəd 1988-ci ildə Azərbaycana qarşı baş qaldıran torpaq iddiasının səbəblərindən birinə çevrildi. Necə deyərlər, zamanında göz yumduğumuz haqsızlıq sonda bizə bəla gətirdi...
Amma əsl həqiqətdə isə həmin ərazinin paytaxtı kimi Stepanakert adlanan şəhərin özülü Xankəndi kimi mövcud olubdu. Yəni tarixi sənədlərdən də məlumdur ki, Qarabağ xanlığının başçıları tərəfindən xan ailəsinin istirahəti üçün salınmış bu məkan öncə kənd, sonra müəyyən zaman keçdikdən sonra qəsəbəyə çevrilmiş və nəhayət, sovet dönəmində bura daha da inkişaf etdirilərək artıq Azərbaycanın ən gənc şəhərlərindən biri olmuşdur. Amma xalqın və tarixin yaddaşında bu ərazi Stepanakert deyil, Xankəndi kimi qalmışdır.
Hələ çar Rusiyası dövründə, yəni Gülüstan müqaviləsinə qədər Rusiya bütün Azərbaycana, o cümlədən də Qarabağ xanlığının ərazisinə böyük maraq göstərmişdir. Və Qarabağ xanlığının işğalından sonra bu ərazini bir növü özünün dayaq nöqtəsinə çevirmək məqsədilə planlı şəkildə qonşu ölkələrdən, xüsusilə İrandan, Türkiyədən Dağlıq Qarabağ ərazisinə ermənilərin köçürülməsi əməliyyatı gerçəkləşdirilmişdir.
Sənədlər sübut edir ki, 1847-ci ildə Xankəndində cəmi 80 erməni, 52 rus ailəsi yaşayırdı ki, onlar da yerli əhalinin içərisində heç cür diqqəti çəkə bilmirdi. Faiz baxımından bu adamlar özlərində heç nəyi ifadə etmirdilər. Lakin çar Rusiyası işğaldan sonra burada öz ordusu üçün xüsusi kazarmaların tikintisinə başladı. Çox keçmədi ki, Qafqaz Suvari Diviziyasının hərbçiləri burada onlar üçün tikilmiş hərbi ərazidə yerləşməklə Dağlıq Qarabağın torpaqlarında ermənilərin yerləşdirilməsinə təkan verdi. Yəni bir az da dəqiq ifadə etsək, rus əsgərlərinin burada olması əraziyə ermənilərin axınını sürətləndirdi.
Arxiv materiallarına üz tutanda məlum olur ki, 1900-cü ilin əhalinin siyahıya alınma sənədlərində göstərilir ki, Xankəndində 3000 insan yaşayır. Bu adamların da təhsil problemi də çar Rusiyası tərəfindən həll edilibdi. Çar Rusiyası bölgədə ruslar və ermənilər üçün məktəb də açmışdılar. Ermənilərin və rusların Xankəndində yerləşdirilməsinə baxmayaraq, buradakı xan nəslindən olanların, eləcə də digər azərbaycanlılar da yaşamaqda davam edirdilər. Yəni bütün təzyiqlərə baxmayaraq, torpağın əsl sahibləri Xankəndini tərk etməmişdilər.
Tarixin cümhuriyyət dövründə də bu ərazidə oktyabr inqilabının təsiri öz izlərini buraxdı. Belə ki, fürsətdən istifadə edən köçkün, konkret desək, xaricdən, xüsusilə İrandan gətirilərək Dağlıq Qarabağda yerləşdirilmiş ermənilər Rusiyada baş verən hadisələrdən ruhlanaraq Xankəndi ərazisində qondarma Ermənistan dövləti yaratdıqlarını elan etdilər.
Və onlar Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərini özləri üçün Ermənistan dövləti kimi qələmə verməyə və Azərbaycana qarşı torpaq iddialarını səsləndirməyə başladılar. İş elə gətirdi ki, bu ermənilər daha sonra bir az da irəli gedib Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur və digər qırğınları törətməkdən də çəkinmədilər. Və onların törətdikləri bu qırğınlar Azərbaycan xalqının tarixində silinməz iz buraxdı. Və bu gün də həmin qırğınların bariz nəticələri qazıntılar zamanı üzə çıxan kütləvi məzarlıqlarda özünü əks etdirir. Həmin məzarlıqlar birmənalı şəkildə göstərir ki, bizə qarşı torpaq iddiasında olan düşmən öz məqsədinə çatmaq üçün körpələrin, qadınların, qocaların qətliamından da çəkinmir. Bu vəhşilik, bu insanlığa yaraşmayan hərəkətlər isə öz növbəsində 1988-ci ilin hadisələrinə gəlib söykəndi. Artıq Muxtar Vilayətdə Ermənistana birləşdirmə çağırışları sonda SSRİ hökumətinin, onun rəhbəri Qorbaçovun, həmçinin erməni lobbisinin dəstəyi ilə qədim Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Öncə İrəvandan, sonra isə Qarabağdan köçlər başladı.
Sovet dönəmində yaradılan muxtar vilayət özünün inkişaf imkanlarına və bir şəhər kimi əldə etdiyi imtiyazlara güvənərək Azərbaycanın ən gənc şəhəri olmasına baxmayaraq, ali təhsil müəssisələrinin də ünvanına çevrildi.
Böyük və müasir zavod və fabriklərin, elmi müəssisələrin Xankəndində işə salınması Azərbaycanın öz torpağında münbit bir fəaliyyət bölgəsinin önə çıxmasına səbəb oldu. Çox təəssüf ki, ermənilər göstərilən bu qayğı və diqqəti, yaradılan şəraiti öz düşüncələriylə qiymətləndirdilər. Nəticədə Qarabağın işğalı başladı ki, bu işğalın da arxasında həmin o gizli planlar dayanırdı.
Bəli, bu gün Xankəndi işğal altında olmasına baxmayaraq, bu ərazi Azərbaycanın tərkib hissələrindən biridir. Orada yerləşdirilən terrorçu dəstələr bu ərazidən həm də narkotik vasitələrin istehsalı və yayımı üçün də istifadə edirlər. Lakin dünyanın ikili standartı hələlik Qarabağdakı özbaşınalıqlara və qanunsuzluqlara son qoymağa mane olur. Doğrudur, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır və torpaqlarımızın işğalı ilə bağlı rəsmi sənədlər qəbul edibdi. Lakin nə Minsk qrupu, nə də BMT və digər qurumlar qəti mövqe ortaya qoymur, düşmənin cəzalandırılmasına imkan vermir. Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti və xalqı gec-tez Xanın kəndində, eləcə də bütün ərazilərimizdə bayrağımızı dalğalandıracaq və tarixi ədalət bərpa olunacaqdır.

Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


İmza:
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK