adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Dekabr 2017 10:04
20407
MƏMLƏKƏT
A- A+

Cii - bim ki boş - du mənim

Qarşıdan bayram gəlir. İkisi birdən. 31 dekabrda azərbaycanlılar həmrəyliklərini qeyd edəcəklər. Elə həmin günün gecəsi isə 2017 adlandırılan cari il son gününü yaşayacaq. Yerini ardıcıllığa uyğun olaraq 2018-ə verəcək. Yanvarın 1-dən 2018-in günləri başlayacaq.

Hər iki bayram ölkəmizdə təmtəraqlı qeyd edilir. Həmrəylik öz işini görür. Həmrəy olub həm həmrəyliyi, həm də yeni ili xüsusi qeyd edirik. Hər halda bunu deməyə bizə öncəki illərdə adlarını qeyd etdiyim bayramlarla bağlı gördüklərim əsas verir. Bəlkə də bu il ötən ilkilərdən daha da rəngarəng olacaq, bəlkə də yox. Sözsüz ki, bunu cibimiz və bazar müəyyənləşdirəcək. Bu səbəbdəndə cibimizi bir kənara qoyub dəftər-qələmi götürüb üz tutduq bazara. Görək bayramı indiki bazar qiymətləri ilə necə keçirə bilərik.

İlk öncə yolumuzu paytaxtımızda ucuzluğu ilə tanınan marketlərdən birinə saldıq. Bayramdırsa aşdəmlənəcək. Bəs düyü neçiyədi? Ən ucuz məhəbbəti gördük. Ucuşlaıb məhəbbət. Şeirlərdə, dastanlarda qiymətsiz təqdim edilən məhəbbətin 0,910 qramı 3 manat 58 qəpikdir. Eyni çəkidə olan tamaşa 3,70, şahənşah isə 3,97 manatadır.

Bayramda yağlanmaq da lazımdı. Gərək ki, bayramdırsa bızdan yağ dama. Görünür bığ saxlamaq dəbdə olduğundan yağların da qiyməti bu dəbə uyğunlaşıb. Vestgold 16,50, yeni zellandiya 16,30, ankor isə 16 manat 90 qəpikdir. Bu qiymətlərdən sonra hər özündən deyən oğulun bığından yağ damacaqmı, onu zaman göstərər.

Növbəti üz tutduğumuz alış-veriş məkanı oldu Keşlə bazarı. Bazar sakitçilik idi. Düzünün yazsam bazarda bayram ab-havası elə də hiss olunmurdu. Bəlkə də bu məvaciblərin bankomata oturmasından da asılıdır. Yəqin ki, elə sahələr var ki, hələ məvaciblərini almayıblar.

İlk öncə ət məhsullarından başlayaq. Keşlə bazarının qarşısındakı ət bazarında da müştəri baxımından qıtlıq idi. Amma buna baxmayaraq qiymətlər öz gücünü saxlayırdı. Qoyun ətinin kilosu 13 manat. Əgər bayramda kabablıq quzu almaq fikrinə düşsəniz onda xərciniz bir az artıq çıxacaq, yəni kiloya 14-15 manat. Bu fərq quzunun hansı regiondan olması ilə əlaqədardır. Beyləqan quzuları liderliyi qoruyur. Əgər bayram günlərinin birində kəlləpaça yemək istəsəz təmizlənmiş qoyun baş və ayağı 10 manat. İçalat isə 7 manat. Mal ətinin kilosu hələki 11manat 50 qəpik olaraq qalır.

Fərə hinduşka həmişəki kimi xoruzdan bərk gedir. Söhbət qiymətdən gedir. Fərə hinduşkanın kilosu 13 manata təklif edilir, xoruz isə 10 manata. Xoruz olub dik-dik gəzməklə deyilki...

Bayramda könlün balıq istədisə, day quyruğunu suya sallama. Suda balıq qalmayıb. Quyruğunu cibinə sal. Çünki Xəzər də day o Xəzər deyil. Balıqlardan sazanın kilosu 9 manat, belamurun kilosu isə 8 manatdır.

Toyuğun kənd toyuğu olduğunu söyləyənlər qiymətini 6 manat dedilər. Amma bu qiymətə və toyuğa şübhəli qaldım. Çünki toyuqların ayaqları kənd toyuqlarının ayağı kimi rəqqasə ayaqlarına oxşamırdı. Həm də kənd toyuğu 6 manata özünü kəsdirməz. Burda nəsə bir əmma var.

Aşın düyüsün marketdən almışdıq. İndi görək yan-yörəsi neçədi. Heç zad -ərik 10 manat, şabalıd 12 manat, gavalı 7 manat.

Bayramdakı fındıq, qoz üstündən də halının stabilləşdirməkdən ötəri kişmiş yemədinsə day nooldu. Ona görə də hesabınızı bilin. Qoz 16 manat, fındıq isə 13 manat. Nəzərə alın ki, bu, qozla, fındığın təmizlənmiş qiymətləridi. Alıb evdə ha təmizliyəsi deyilik ki. Axı bayramdı. Kişmişdə ki nə az, nə çox 10 manat. Özü də qapqara.

Növbə gəldi çobana. Çoban da bayram keçirməlidi, ya yox? Bayram da çobansız olar? Bir çoban salatı düzəltsək gərək ki, xiyarın kilosunu 6 manata, pomidorun kilosunu isə 5 manata alaq. Göyün üzünü hələki buludlar almayıb. Alsaz, siz alarsız - 4 dəstəsi 1 manata.

Bazarda meyvələr göz oxşayır. Par-par parıldayırlar. Üstünü elə silirlər ki, işıltısı göz qamaşdırır. Qiymətləri isə göz bərəldir. Almanın sadəsi 3 manat, qızıllısı isə 5 manat. Armud elə 5 manat. Heyva 2.50-i. Əgər Ordubaddan gəlibsə, 6 manat. Nar 5 manat. Mandarin 4, portağal 3 manat. Banan 3 manat, kivi 3 manat. Ananasın biri isə 6 manat. Ən zərbəçi isə feyxoadı - kilosu 11 manat.

Son göstərəcəyimiz qiymət isə limonun olacaq - 4-ü 1 manat. Yaxşı təzyiq salır. Yazının sonuna çatsanız ölçmək məsləhətdi.

Bayramlarınız mübarək!