adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Dekabr 2017 13:07
18365
MARAQLI
A- A+

Rusiya kosmosda otel açır

Rusiyanın Federal Kosmik Agentliyi (Roscosmos) Beynəlxalq Kosmik Bazasında (UUİ) lüks bir otel inşa etməyi planlaşdırır.

Adalet.az xəbər verir ki, "Mechanics” jurnalı bu barədə xəbər dərc edib. Xəbərdə orbitdə yerləşdiriləcək bu lüks oteldə qalanların minlərlə kilometr uzaqlıqdan Yer kürəsinin mənzərəsinə baxa biləcəyi qeyd olunub.


Wi-Fi, Xüsusi tualet...

Oteldə qalanlar üçün xüsusi kabinələr, Yer kürəsinə baxan mənzərəli böyük pəncərələr, xüsusi tualet və məşq ləvazimatları ilə yanaşı, Wi-Fi xidməti də olacaq. 20 ton ağırlığında, 15.5 metr uzunluğunda olması planlaşdırılan oteldə 4 ədəd yatağın olacağı qeyd olunur.

Kosmosa səfər etmək istəyən müştəriləri isə bir kosmonavt müşayiət edəcək.


Adam başı 40 milyon

Oteldə 1-2 həftəlik qalmaq üçün isə adam başı 40 milyon dollar ödənişin istəniləcəyi bildirilir.

Burada bir ay qalmaq istəyənlər isə əlavə olaraq 20 milyon dollar ödəməli olacaqlar. Otelin inşasının maya dəyərinin 446 milyon dollara başa gələcəyi qeyd olunub.

P.S. - Ora gedəndə mütləq kəbin kağızınızı da götürərsiniz.