adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Dekabr 2017 17:15
15380
ELM VƏ TƏHSİL
A- A+

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla

Dekabrın 26-da UNEC-in tələbələri Dünya AzərbaycanlılarınınHəmrəylik Günü və Yeni il münasibətilə sağlamlıq imkanı məhdud olan uşaqlarla görüşüblər.

UNEC-in Biznes və menecment fakültəsinin professor-müəllim heyəti və tələbələri Mərdəkan qəsəbəsində yerləşən1 saylı sağlamlıq imkanı məhdud uşaqlar üçün sosial xidmətmüəssisəsində olublar.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru,dosent Səadət Qəndilova uşaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, onlara dərslərində uğurlar arzulayıb.UNEC-də fəaliyyət göstərən Əlilliyi olan tələbələrüçün mərkəzdən bəhs edən S.Qəndilova uşaqlara gələcəkdə təhsillərini UNEC-də davam etdirə biləcəklərini vurğulayıb.

Görüşdə ad günü bu günə təsadüf edən ikiuşağın doğum günü də qeyd edilib.Uşaqların hazırladıqları əl işləri ilə tanış olduqdan sonraUNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında konsert proqramı təşkil edilib.

Sonda müəssisənin direktoru Sevinc Məlikova uşaqlara bəxş edilənunudulmaz gün üçün UNEC-in kollektivinə təşəkkür edib.