adalet.az header logo
  • Bakı 13°C
25 Dekabr 2017 18:00
16131
MARAQLI
A- A+

Pizza almağa traktorla getdi və ...

Gecə saatlarında ürəyindən pizza keçən kişi restorana traktorla gəldiyi üçün polislər tərəfindən saxlanılıb.

Adalet.az xəbər verir ki, hadisə İngiltərənin Kambriya əyalətində baş verib. Təqribən 40 yaşlarında olan kişi gecə vaxtı traktorla restoranın önünə gəlməsi, səs-küy salaraq ictimai asayişi pozması səbəbindən İngiltərə polisi tərəfindən saxlanılıb.

İfadəsi alınan zaman məlum olub ki, sürücü sərxoş halda sükan arxasına keçib.

Polisin verdiyi məlumata görə, sərxoş halda sükan arxasına keçdiyi və ictimai asayişi pozduğuna görə vətəndaş məsuliyyətə cəlb olunacaq.