adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Dekabr 2017 14:00
55230
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

ABŞ-da Cim adlı bir uşaq Tanrıya məktub yazır: «Tanrım, nə olar, Yeni il gəlir, mənə yüz dollar göndər bir velosiped alım».

Poçtda məktubları çeşidləyəndə görürlər ki, bir məktubda göndərilən ünvan yerində «Tanrıya» yazılıb. Fikirləşirlər ki, Tanrı Tramp olar da. Məktubu göndərirlər Trampa.Tramp məktubu alıb oxuyur, xoşuna gəlir, şounu da sevən adam cavab məktubu yazır, zərfin içinə də 20 dollar qoyur: «Cim, övladım, xahişini yerinə yetirdim».

Cim zərfi açıb məktubu oxuyur, içində də 20 dollar. Görür məktub Ağ Evdən gəlir.

Tanrıya ikinci məktub yazır: «Tanrım, indən belə mənə pul göndərəndə Ağ Ev vasitəsilə göndərmə. Ordakılar rüşvətxor və oğrulardı. Bax, sənin göndərdiyin yüz dolların səksənini çırpışdırıblar».

P.S. Çox qəribədi ki, mən lətifəni diktə edəndə biglisayarda çalışan xanım Tanrı deyəndə Tramp yazdı, sonra düzəltdi. Neynəsin, Tramp artıq Tanrılıq edir də.