adalet.az header logo
  • Bakı 18°C
25 Dekabr 2017 10:53
18813
ELM VƏ TƏHSİL
A- A+

UNEC kollektivi iməcilik keçirib

Dekabrın 24-də UNEC kollektivi Badamdar qəsəbəsində öncədən əkdikləri yaşıllıq zolağında iməcilik keçirib.

Adalet.az xəbər verir ki, Universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən il dekabrın 24-də qəsəbə ərazisində yerləşən 2 hektar boş sahədə əkdikləri 1500-dən artıq ağaca qulluq ediblər.

Qeyd edək ki, UNEC-in yaşıllıq zonasının salınmasında əsas məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi layihələrinə dəstək göstərmək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.