ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ ABİDƏLƏRİ SİMPOZİUMU

15503    |   2017-12-23 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anıtlar Dərnəyi Ankarada 1946-cı ildə yaranıb, 1949-cu ildə Bakanlar Kurulunun (Nazirlər Şurası) qərarı ilə dövlətin mənafeyinə işləyən cəmiyyət statusunu qazanıb. Türkiyədə bu cür dərnəklər həmişə diqqət mərkəzində olur və dövlətin müəyyən sahələrlə bağlı işlərini görürlər, ancaq dövlət onların işinə əsla müdaxilə etmir, bu dərnəklər dövlətin və millətin xeyrinə olmaq şərti ilə müstəqil fəaliyyət yeridirlər. Maddi güclərinin çatmayacağı tədbirlərdə dövlət onlara müəyyən qədər kömək olur. Türkiyədə mədəniyyət abidələri ilə bağlı bütün işlərdən deyilə bilər ki, Anıtlar Dərnəyi məsuldur.
Aylar əvvəli idi, Anıtlar Dərnəyinin sədri olan dostum və əqidədaşım Səlcuq Önal ilə Müzəffər Türkeli zəng edib "Türk Dünyası Coğrafiyasında Yok Edilən Tarihi və Kültür Varlıkları -Karabağ Anıtları- Simpozyumu" adıyla bir tədbir təşkil etmək istəyirik, bizə kömək ola bilərsənmi? dedikdə onlara məmnuniyyətlə, əlimdən nə gələrsə onu edərəm deyə cavabladım. Məsələni telefonda dəfələrlə hərtərəfli müzakirə etdik və onlara öz təkliflərimi bildirdim. Tədbirdə iştirak edəcək hər bir şəxsin bütün xərcləri dərnək tərəfindən ödənəcəkdi. Mən dostlarıma, tədbirin yalnızca Qərbi Azərbaycanda və Qarabağda dağıdılan abidələrimizə həsr edilməsi, Azərbaycan dövlətçiliyinin çiçəklənməsi və Azərbaycanda təcavüzkarların mənfur əməlləri ilə yaradılan problemlərin dünya ictimaiyyətinə çatdırılmasının ən ümdə məsələ olmasının vacib olduğunu bildirdim. Dostlarım da həmin fikirdə olduqlarını təkidlə söylədilər. Əlbəttə qardaş Azərbaycanı sevən bizlərin onun daxili və xarici işlərinə qarışmağa nə haqqımızın, nə də ixtiyarımızın olduğunun şəxsən fərqindəyəm və həmişə bu fikirdən müdafiə etmişəm.
Uzun illərdir tanıdığım əziz dostlarım və qardaşlarım, gözəl alimimiz Firudun Ağasıoğluna, dəyərli millət vəkilimiz, qardaşım Fərəc Ulusoya (Quluyev) zəng çaldım və bu simpoziumda iştirak etmələrini xahiş etdim, onlar da sağ olsunlar, qəbul etdilər. Ondan sonra hər cürə hörmətə layiq gözəl sənətkarımız Nuriyə Hüseynova xanıma məsələni açdıqda, "Azərbaycanla, Qarabağımızla bağlı belə bir tədbir keçiriləcəksə mən də nə lazımdırsa etməyə hazıram" deyə fikrini bildirdi. Folklor İnstitutunda işləyən Əziz Ələkbərliyə məsələni açdım, o da "gələrəm" dedi. Mən də Ankaraya zəng edib dostlarıma vəziyyəti çatdırdım, onlar da hazırlıqlara başladılar, bir neçə gün sonra bilətlərimizi aldılar. Vaxt gəlib çatdıqda Əziz Ələkbərli, "şəxsi işlərim olduğuna görə gedə bilməyəcəyəm" deyib getməkdən imtina etdi. Düzünü deyim, Əziz bəyin gedə bilməməsindən çox narahat oldum, çünki abidələrimizlə bağlı gözəl bir əsər yazmışdı, dünya ictimaiyyətinə Qərbi Azərbaycanda və Qarabağda dağıdılan abidələrimiz barədə yeni sözlərini deyə bilərdi, çox təəssüf.
Dekabrın 14-ü günü Ankaraya uçduq. Ertəsi gün Kültür Bakanlığının "Səhnə Sanatları" binasında Nuriyə Xanım möhtəşəm bir konsert verdi. Konsertdə Arzu Qurbani və Azərbaycan Kültür Dərnəyinin rəks ansamblı da gələn qonaqlara gözəl anlar yaşatdılar.
Səlcuq Önal bəy və dərnəyin həm idarə heyətinin üzvü, həm də mühasibat işləri üzrə məsul şəxsi Müzəffər Türkeli başda olmaqla cəmiyyətin üzvləri hər bir şeyi ən kiçik təfərrüatına qədər çox gözəl təşkil etmişdilər. Simpoziumda dövlət qulluqçuları, jurnalistlər, Türkiyənin müxtəlif guşələrindən gələn Azərbaycan davasına inam bəsləyən şəxslər iştirak etdilər. Tədbirin protokol hissəsində Fərəc Quluyev Dağlıq Qarabağ problemi ilə bağlı çox maraqlı bir çıxışla məsələni hərtərəfli izah edərək Azərbaycanın üzləşdiyi problemin nələrdən qaynaqlandığını və çarəsinin də nə olduğunu olduqca gözəl bir dillə çatdırdı. Prof. Dr. Firudin Ağasıoğlu haylar, alban türkləri və bölgə ilə bağlı maraqlı məruzəsini təqdim etdi. Almaniya vətəndaşı araşdırmaçı yazıçı G. Ahmətcan Asena Ermənistana etdiyi səfər və müşahidələrini olduqca maraqlı faktlarla dilə gətirdi.
Mən də Qərbi Azərbaycan və Zəngəzurun ermənilərə verilməsinin strateji səbəblərini öz prizmamdan şərh etməyə çalışdım. Qarabağın, Göyçənin adı üstündə qısaca dayandım və Qərbi Azərbaycanda ingilislərin planı, rusların əli ilə müxtəlif illərdə törədilən soyqırımları və onların nə məqsədlə yaradıldığını dilə gətirdim. Elmi məruzəm 13 səhifə həcmində idi, onu burda dilə gətirə bilmərəm. Ancaq təqdim etdiyim bir-iki məsələnin üstündə dayanıb bəzi fikirlərimi oxucularımla bölüşmək istəyirəm.
Mənə görə Qərbi Azərbaycanın ermənilərə vərilməsi elə-belə hadisə deyildir. Bu iş rus çarı I Pyotr tərəfindən planlanmış və dövlət siyasəti olaraq özündən sonra gələcək rus dövlət xadimlərinə vəsiyyət edilmişdir. Madəm məsələ sadəcə olaraq ermənilərə bir yurd verilməsi idi, nəyə görə bura seçildi? Hökmən Azərbaycanın bir bölgəsi onlara bağışlanacaqdısa, niyə Quba-Xaçmaz bölgəsi və ya Lənkəran-Masallı tərəfi tərcih edilmədi? Bu iki bölgə də Qərbi Azərbaycandan daha məhsuldar və təbiət olaraq daha gözəldir.
Ruslar Qərbi Azərbaycanı ermənilərə verməklə Türkiyənin Qafqaza açılan qapısının qarşısında bir erməni əngəli yaratdılar. Əgər erməniləri adını andığım bölgələrdə məskunlaşdırsaydılar Türkiyənin Asiya türklüyü ilə təbii əlaqəsi kəsilmiyəcəkdi. İkinci olaraq Quba və Lənkəran bölgələrində ermənilər məskunlaşsa, buralardaki xalqlar məcburi olaraq Azərbaycanın daxili bölgələrinə köçürüləcək və azlıq statusunda olan bəzi tayfalar bir-iki nəsil sonra asimilyasiyaya uğrayacaq, Azərbaycan hardasa mono-etniq bir dövlətə çevriləcəkdi. Onda ruslar istədikləri vaxt qışqırdaraq Azərbaycanın başını ağrıdacaq fiqurları itirmiş olacaqdılar. Üçüncüsü isə Zəngəzur bölgəsinin Azərbaycandan zorbazorluqla alınaraq ermənilərə hədiyyə edilməsinin strateji önəmidir. I Pyotr, ruslara vəsiyyət etmişdi ki, Hind okeanına və Aralıq dənizinə çıxmağa yol tapsınlar. Aralıq dənizinə çıxacaq yol Zəngəzurdan başlanır. İranın 1964-cü ildən etibarən qüzey bölgələrinin mərhələ-mərhələ kürdləşdirilməsi, buralarda yaşayan kürdlərin İran dövlətinin göz yumması nəticəsində qaçaqçılıqla varlanıb bölgədə yaşayan türklərin torpaqlarını və evlərini baha qiymətə almaları, bölgədə iş sahələrinin bilərəkdən azaldılması və burada yetişən gənclərin məcburi olaraq İranın böyük şəhərlərinə köçüb orada yaşamağa başlamaları bəsit hadisələr deyildir. Əsla yaddan çıxarılmamalıdır ki, İranın şimalında Mahabad Kürd Cümhuriyyətini yaradan Molla Mustafa Barzaniyə Rusiyanın etdiyi köməklik kürdlərə duyulan hörmətdən qaynaqlanmırdı. İndi də Rusiyanın Suriyada Bəşşar Əsədə kömək olmaq bəhanəsi ilə Suriyanın şimalında yaşayan kürdlərin basırıq yaşadığı bölgədə düşərgə salması təsadüfi olaylar deyildir. Digər tərəfdən eyni ilə ABŞ kimi PKK/PYD/YPG-ni terror təşkilatı gözündə görməməsi, mətbuat orqanlarının və müəyyən siyasətçilərinin kürd terroristləri azadlıq döyüşçüsü gözündə görməsi və PKK-nın Moskvada bürosunun olması nə ilə izah edilə bilər? Rusiyanın ipinin üstünə çöp yığılmaz, onlarla dost olmaq ayı ilə xarala girmək kimi bir şeydir.
11-ci əsrdən başlayan Səlib Yürüşləri bu gün də davam etdirilir. Birinci və İkinci Dünya müharibələrini çıxaran imperialist dövlətlər Səlib Yürüşlərini başladanlardı. O vaxtdan bəri bizi Anadoludan və Yaxın Şərqdən söküb ata bilmədiklərinə görə növbəti planlar qurub həyata keçirirlər. İŞİD də onlardan biri idi.

Seyfəddin Altaylı,
Ankara,



İmza:

YAZARIN ARXİVİ

2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK