ƏBÜLFƏT MƏDƏTOĞLU: YADDAŞA DÜŞƏN İŞIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
67355 | 2017-12-22 15:31

O, qatı dumanı dayarır

Hərbir yaranışın təbii ki, sonu da var. Necə ki hər bir sonun yaranışı olduğu kimi.Və yaranışla son arasındakı məsafə təkcə Yaradana məlumdur. O məsafəni keçənlər,ölçənlər onun hansı uzunluqda, hansı boydaolacağını heç vaxt bilmirlər. Bəlkəbunun özü də Yaradanın bizlərə bir lütfüdü. Yəni biz ömür yolumuzun boyunu, ölçüsünübilsəydik, onda vaxtından öncə ürəyimiz partlayardı. Axı, o tarix bəlli olsa, bizimgözümüz saatda, fikrimiz təqvimin çevrilən vərəqlərində olacaqdı. Bax, böyük Yaradanın bizi bu üzüntüdənqoparan ədalətli qərarı ömrü mənalandırır. Təbii ki, onun mənasının dadını, duzunuinsan ağlı, insan idrakı müəyyənləşdirir. Yəni artıq normal insan özü həyatın qədrinibilməyə, həyatsevərliyi ilə həyatı şərəfləndirməyə çalışır. Və beləcə, yaşanan ömür yaddaşa, kitablara yazılmaqla tarixə, həttaxatirəyə çevrilir. Və...…

Bəli, hər dəfə şənbəgününün köşə yazısını bilgisayara diktə etməyə başlayanda öz-özümə düşünürəm; bütünbu yazıların heç olmasa bir cümləsi, bir fikri, bir sözü harda, nə vaxtsa iynə ucuboyda işartıya çevrilə biləcəkmi, xatırlanacaqmı? Sual həqiqətən düşündürücüdür.Və düşündürücü olduğu qədər də məntiqlidir. Axı, görülən işin bir faydası, bir əhəmiyyətiolmalıdır. Özü də təkcə bir an üçün, bir gün üçün yox, müəyyən zaman kəsiyi üçün.Və bu zaman kəsiyinin içərisində də yaşam görünməlidir, ömrün anları kino lentikimi göz önündən gəlib keçməlidir. Onda təbii ki, arxada qalanların, tarixə, yaddaşahopanların önəmi üzə çıxacaqdır. Deməli, üzdə olmaq təkcə cismən mövcudluq deyil.Həm də mənən, ruhən hər kəsin yanında, yaddaşında, ürəyində olmaqdır.

Düşünürəm ki, eləbu ovqatın özü də hardasa artıq məni də, sizi də yaddaşımıza tərəf istiqamətləndirir. Biz hər birimizayrı-ayrılıqda yaddaş kartımıza əl uzadırıq, onun düyməsini basırıq. Beləcə, başlayırömrün təqvimi vərəqlənməyə. İşarələr, işartılar, cizgilər, şəkillər və hətta səslərbizə film kimi nümayiş olunur. Onun, yəni o filmin nümayişini özümüz təşkil etsəkdə, amma o filmdəki məqamlar bizi dünənimizdən bu günümüzə qədər yanlarında olduqlarımızlagörüşdürür, onlarla söhbət edir, onları dinləyir, onlardan sabah üçün ümid alırıq.Axı, bizim inam, inancımız özü də o yaddaşa söykənib, ordan üzü bu günə boylanıb.Və mən də həmin yaddaşa güvənənlərdən biri kimi üzümü həmişəki tək sənə tuturamvə demək istəyirəm ki:


Yenə qaçıb gəlmişəm

Xatirələr bağına...

Şehli bir sükut çöküb-

Çiçəklərin tağına...


Hər ləçəkdə göz yeri

Pıçıltılı söz yeri...

Ürəyimdə köz yeri-

Toxunmuram dağıla...


Dərvişəm mən həyatda...

Dərd üstdədi mənaltda!

AmanAllah, mən adda -

Qaryağıbdı dağına...


Demirəmsən də dön, gəl,

Nəyol dəyiş, nə döndər...

İkiqərənfil göndər -

Ömrümünbu çağına...


***

Yəqindüşünəcəksiniz ki, bu şeirin yaddaşa, xatirəyə nə dəxli var. Amma yox! Əslində bu şeirin özündə də dünəndən,ötənlərdən, yaşananlardan və yaşadanlardan çox, həzin bir şəkildə giley var, inciklikvar, dilək var və bir az da bunların gözünəqatılmış ümid... Hə, mən bir də yeri gəlmişkən, onu xatırlatmaq istəyirəm ki, dünənə,yaddaşa, xatirələrə tərəf gedən yol ilk baxışdançox rahat görünür. Amma bu yolun ağrısı, bu yolun üzüntüsü bəzən adamın içindənnələrisə çəkib elə bir hala salır ki, o, səni təkrar ağrını, üzüntünü sinirməyə,ona dözməyə məcbur edir. Ona görə də bəzən xatirələrdən qaçmaq da istəyirsən, qurtulmaqda istəyirsən. Amma neyləyəsən ki, hamıdan qaçmaq mümkün olduğu halda, iki məqamdanqaçmaq mümkün deyil.

- Onlardan birincisiböyük Yaradandı. Allahdan heç hara qaçmaqmümkün deyil! Çox ibrətamiz bir deyim var. Onu təkrar olsa da xatırlatmaq istəyirəm. Deyirlərki, müəllim şagirdlərə tapşırıq verir ki, sabah hərəniz mənə bir hədiyyə gətirin.Amma elə edin ki, onu heç kim görməsin. Səhəri gün şagirdlər hərəsi əlində bir bağlamaməktəbə gəlir. Təkcə bir nəfərdən başqa. Müəllim üzünü həmin uşağa tutub deyir:

- Bəs sən niyə əliboşgəldin?

Şagird cavab verir:

- Müəllim, hədiyyəninə qədər gizlətmək istədim mümkün olmadı. Çünki Allah görürdü. Ona görə də gətirəbilmədim.

Şagirdin bu ağıllIcavabı müəllimi çox razı salır. Onun başını sığallayıb deyir:

- Çox sağ ol, səndoğru hərəkət etmisən, Allah hər yerdədir!

İkinci məqam isəözümüzük. Yəni insan özü-özündən heç hara qaçıb qurtara bilməz. Onun buna nə gücüçatır, nə də qaçmağa yer tapa bilir...

Bax, bu mənada xatirələrdənqaçmaq hardasa elə özündən qaçmaqdır və bu da mümkünsüzdü. Həmin mümkünsüzlüyü sözadamları daha dəqiq bildiklərindən onu elə öz sözləriylə, öz həzin pıçıltılarıyla,kövrək misralarıyla ovundurmağa, hardasa yola verməyə çalışırlar. Bu nə qədər alınır-alınmır,bu artıq söz sahibinin söz imkanından asılıdır. Təbii ki, hərənin də söz imkanıöz qələminin gücündədi. Və mən də belə məqamlarda xatirələrlə baş-başa qalıb təkcəkeçmişə bağlanmaq, orda ilişib qalmaq, orda gecələmək istəmirəm. Axı, sən təkcə xatirələrdə deyilsən. Sən hər yerdəolduğundan (söhbət mənim ruhumun olduğu hər yerdən gedir - Ə.M.) mən də elə səninadına, sənin izinə, sənin üzünə doğru yön tutub gəlirəm. Gəlirəm ki, yaşantılarımısənli anlarımın sənsiz anların içərisində necə əridiyini pıçıldayım və deyim ki:


Düşünürdüm şəklini

Sözlə çəkməyim daha...

Çəkdiyim hər şəkillə-

Batdığımçün günaha!..


Ruhumu oda salıb

Ağlımı başdan alıb...

Göz qırpımı yol qalıb-

Gülüm, artıq sabaha!..


Yumruq tək sıxılıram

İçimdən yıxılıram...

Bir sənə sığınıram-

İnan, bir də Allaha!..


***

Bütün hadisələrincərəyan etdiyi nöqtə müstəvi baxımından fərqli olsa da, onun özünü ifadə etdiyiyer insanın ağlı və ürəyidi. Yəni istənilən hadisə ilk öncə insan ağlını və ürəyinihədəfə götürür. Hədəf nöqtəsi həssas olduğundan hadisənin təsir dairəsi də genişlənir.Və beləcə, bir hadisə hətta məsafənin uzaqlığından asılı olmadan öz seçdiyi hədəfinəks-sədası ilə ətrafa, digər ürəklərə, ağıllara nüfuz edir. Yəni mənim yaşadığım və yaxud törətdiyim hər hansıbir hadisə mənə doğma olanların qəlbindəelə qığılcım yaradır ki, o da onlara doğma olanlar üçün transfer edilir.Və beləcə, qısa bir zaman içərisində mənim ağrım, acım və yaxud sevincim mənim ətrafımdakılarsayəsində şaxələnir, qol-budaq atır və bu da əlavə bir təsirlərin yaranmasına, genişlənməsinəsəbəb olur. Bax, beləcə, obrazlı desək, hadisələr şaxələnir, görüntüdən görüntüləryayımlanır... bu silsilə ömrün həmin o yaddaş kartında özünə yer tapır - kimidəağ hərflərlə, kimidə isə qırmızı...

Ötüb gedən zamanınə qədər dayandırmaq, ona biganə qalmaq istəsəm də gücüm çatmır. Çünki bu ötən zamanıniçərisində həmin o vurğuladığım xatirələrin kilsə zəngi kimi cingildəyən səsi mənirahat buraxmır. Deməli, rahatlıq olmayan məqamda da biganə qalmaq qeyri-mümkündür.Nə qədər göz yummaq, qulaqlarını tıxamaq istəsən də "meymun" yaddan çıxmır.Elə "meymunu" unuda bilmədiyimə görə də hərlənib-fırlanıb yaddaşımın kölgəsinəgəlirəm. Söykənirəm onun gövdəsinə və düşünürəm...

Düşüncələr məni həryerə, hər tərəfə çəkib aparır. Necə deyərlər, dağı arana, aranı da dağa daşıyıramözümlə. Və elə bu yerdəcə könlüm qübar eləyir.Çünki reallıqda artıq 30 ilə yaxındır ki,dağa dırmaşmaq, dağa üz tutmaq istəyimin qarşısında bir cəbhə xətti var. O xəttin ön tərəfində nişançı oturub və əli də tətikdədi.Mən o sərhəddi hələ ki, xatirələrimlə keçirəm. Və hələ nə qədər belə davam edəcəyiniisə heç kim, heç nə, hətta xatirələrim də mənə demir. Ona görə də özüm özümə bəzəngünahkar kimi baxıram. Və elə bilirəm ki, bütün baş verənlərin bir günahkarı varsa,o da elə mən özüməm. Günahkar isə cəzalanmalıdır.

Hə, həmin günahkaryuxusunda, xatirəsində yaşıdları ilə üz-üzə gələndə, itirdiklərini vərəqləyəndə və bir də Şəhidlər Xiyabanının yanından keçəndəöz cəzasını alır. Və həmin cəzanın ağırlığından da hələ ki, ürəyi partlamır. Çünkidünyanın belə gedəcəyinə o qədər də inamlı deyil. Axı, qaranlıqların aydınlıqları da olur. Elə o ümidlədə hardasa bir az ümidsizlik ifadə edən duyğularımımisralayıram:


Ümid külündən özgə

Heç nə yoxdur içimdə...

O külü sovurmağa-

Daha çatmır gücümdə!


Biganəlik zirvəsi

Çəkib səni özünə...

Önündə dayansam da-

Dəymirəm ki gözünə!


Sanki yoxam, mənhətta

Əlinə bulaşmıram...

Şeh kimi kipriynə,

Telinə dolaşmıram...


Bu qədər buzlaşmanın

Zərəri var sənə də...

O soyuqluq damacaq-

Məzarımda mənə də!..


Bəli, mən qışın ilkgünündə bir yaddaş kartına əl uzatdım və istədim ki, ora bir damcı işıq düşsün.Elə bir işıq ki, onun ucundan tutub dünənədə, bu günə də, hətta sabaha da uzanıb gedə biləcək bir yolda atüstü gəzib qayıdım.Bilmirəm, o işığı tapa bildimmi, yandıra bildimmi və yaxud sizlər o işığı duydunuzmu,gördünüzmü... Amma inanın ki, yaddaşsız, xüsusilə yaddaşdakı işıqsız yaşamaq çoxçətindi. Şəxsən yaddaş və yaddaşdakı işıq mənə yaşamaq üçün stimul verir. Və məno yaddaşın hesabına, onun gücünə hər günsəninlə, sizinlə birlikdə oluram. Bundan gözəl daha nə ola bilər ki?!

***

Yazımın sonunda biraz öncə sizə də, özümə də sual kimi vurğuladığım fikrə bir daha poetik don biçib onu şeir parçası kimi ortayaqoymaq keçdi könlümdən. Bəlkə də uyğun gəlməyəcək. Amma mənə elə gəlir ki, bu misralarözü-özlüyündə mənim dediklərimi təsdiq edəcəkvə siz mənimlə razılaşacaqsınız. Hər halda, bu mənim təxminimdi, inamımdı. Elə həmininamla da deyirəm:


Elə anım yoxdu ki,

O anda olmayasan...

İşıq kimi, nur kimi-

Ruhuma dolmayasan!..


Ürək axşam və səhər

Gözləyir hər günxəbər...

Bəlkə ömrə bərabər-

Bir ümid yollayasan?!


Unut özgə fitnəsin

Vaxt ortada itməsin...

Mənim ömrüm bitməsin-

Sən isə solmayasan!..


TƏQVİM / ARXİV